"Le Figaro": Türkiyə PUA-ları Qarabağda özünü uğurla sübut edib

Türkiyə 10 il ərzində ABŞ, İsrail və Çinlə birlikdə dünyanın aparıcı pilotsuz uçuş aparatları (PUA) istehsalçılarından birinə çevrilib.
Avtosfer.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə Fransanın "Le Figaro” qəzeti yazıb.
Nəşr qeyd edib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Liviya və Qarabağda özünü uğurla sübut edən pilotsuz təyyarələrin satışı üzrə müqavilələrin sayını artırıb.
"Son iki ildə Türkiyədə istehsal olunan pilotsuz təyyarələr Liviyada, yaxın keçmişdə isə Qarabağda qüvvələr balansını dəyişməyə imkan verib. Azərbaycan, Ukrayna, Polşa və Mərakeşdən sonra Türkiyənin PUA-ları da Qırğızıstanda maraqlıdır. Türkiyədə istehsal olunan pilotsuz təyyarələr səmərəlidir və hərbi təyyarələrdən 20 dəfə ucuzdur", - qəzetdə vurğulanıb.
Məlumatda deyilir ki, ilkin olaraq bu dronlardan PKK terror təşkilatına qarşı və sərhəd təhlükəsizliyini təmin etmək üçün istifadə edilib.
"NATO Polşa və Latviyanın türk PUA-larını almaq istəyindən ehtiyatlanır", - nəşrdə bildirilir.
azxeber
Bu yollarda tıxac var - SİYAHI
Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI
Avropada yollarda sürət limiti dəyişə bilər: Maksimum 100 km/saat…
Azərbaycan haqqında “hökm” əvvəlcədən verilib?
"Azərbaycan əsgəri saxlanılarkən müqavimət göstərməyib" - Paşinyan
Bu yollarda tıxac var - SİYAHI
Dəyişən iş qrafiki tıxacları azalda bilmədi - Yeni TƏKLİF GÜNDƏMDƏ
Saxta iş elanı paylaşanları hansı cəza gözləyir? - HÜQUQŞÜNAS
Bakalavr və magistrların ödənişsiz təhsilə keçid prosesi necə həyata keçirilir? - AÇIQLAMA
Yol kənarlarını hansısa əşya ilə zəbt edərək özünə parkinq saxlayanları nə gözləyir? – ƏRŞAD HÜSEYNOV
Bu halda texniki baxış mütləqdirmi? – Sürücülərə mühüm AÇIQLAMA












