Uçqun baş verən yolda hərəkət bərpa edildi - YENİLƏNİB - FOTO

Lerik-Kəlvəz yolunun 10-cu kilometrliyi qaya parçalarından təmizlənərək avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkəti təmin olunub.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.
Qeyd edək ki, bu gün səhər saatlarında Lerik-Kəlvəz yolunun təqribən 10-cu kilometrliyində qaya uçqunu hadisəsi baş verib.
Nəticədə qaya parçaları yolun hərəkət hissəsinə tökülərək avtonəqliyyat vasitələrinin hərəkətini məhdudlaşdırıb.
Dərhal hadisə yerinə texnika və canlı qüvvə cəlb olunub.
12:16
“Lerikdə bu gün səhər saatlarından bağlanan yolda hərəkət bərpa olunub”.
Bu barədə “Report”a Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini, rayon fövqəladə hallar komissiyasının sədri Habil Məlikov məlumat verib.
O bildirib ki, yolda hərəkət hələlik birtərəfli qaydada bərpa olunub:
“Bu gün Lerik-Qosmalian-Kəlvəz yolunun 12-ci kilometrliyində torpaq sürüşməsi baş vermişdi. Böyük həcmli torpaq kütləsinin və qaya parçalarının yola tökülməsi nəticəsində yolda hərəkət tam dayanmışdı. 52 saylı Yol İstismar İdarəsinin texnika və canlı qüvvəsinin köməyi ilə yolda hərəkət birtərəfli qaydada bərpa olunub. Bundan başqa son 20 gündə yağan intensiv yağışlar rayonun bir sıra ərazilərində analoji problemlər yaradıb, sürüşmə zonalarında aktivləşmə yaranıb”.
09:24
Bu gün səhər saatlarında Lerik-Kəlvəz yolunun təqribən 10-cu kilometrliyində qaya uçqunu hadisəsi baş verib.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, qaya parçaları yolun hərəkət hissəsinə tökülərək avtonəqliyyat vasitələrinin hərəkətini məhdudlaşdırıb.
Dərhal hadisə yerinə texnika və canlı qüvvə cəlb olunub.
Hazırda yolun hərəkət hissəsinin qaya parçalarından təmizlənməsi və hərəkətin bərpası üçün addımlar atılır
11 aylıq sınağın ilk iki həftəsi: Onlayn iş və dərs TƏKLİFİ - FOTO
Metroda sıxlıq zamanı hansı tədbirlər görüləcək? - Sentyabr ayından...
Azərbaycanlıların da olduğu gəmiyə dron hücumu - VİDEO
Sumqayıtın mərkəzi küçəsində vəziyyət; yolda çuxurlar var, amma xətləmə işi görülüb - FOTO
Akkumulyatoru tədricən dağıdan avqust istisi
Moskva səfirliyimiz qarşısındakı təxribata niyə göz yumuldu? – Politoloq AÇIQLADI
Bakıda “klyokların rəqsi” - VİDEO
Qarpızı barmaqla deşmək trendə çevrildi – “Güc nümayişi”, yoxsa nemət israfı? – VİDEO
"Təcili beh tələsinə düşməyin!" - DİN-dən tələbələrə ÇAĞIRIŞ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ!
Sumqayıtın ən təhlükəli yolu – Bu küçədə sürət limitinə əməl edilmir - VİDEO












