Maklerlərin ödəniş tələb etməsi qanunidir? - EKSPERTDƏN AÇIQLAMA

Bəzi vətəndaşlar sosial şəbəkələrdə və elan saytlarında fəaliyyət göstərən maklerlərin əlavə pul tələb etməsindən və aldadıcı elanlar paylaşmasından şikayətlənirlər. Onların sözlərinə görə, bəzən maklerlər əmlakı göstərmək üçün əvvəlcədən ödəniş istəyir.
Avtosfer.az-ın məlumatına görə, Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı Azxeber.com-a açıqlamasında bildirib ki, maklerlərin sosial şəbəkələrdə, elan saytlarında yerləşdirdikləri elanlarla bağlı vətəndaşdan əvvəlcədən pul tələb etməsi qanunsuzdur:
"Əgər belə hallar baş verirsə, bu yalnız tərəflər arasında müqavilə bağlandıqdan sonra mümkün ola bilər. Əslində, rieltorun fəaliyyət növü vasitəçilikdir. Vasitəçiliyə görə rieltor yalnız iş yekunlaşdıqda müəyyən xidmət haqqı alır. Onun xidmətinin dəyərinə elanların yerləşdirilməsi və digər xərclər də daxildir”.
Ekspert deyib ki, spekulyativ elanların olması isə təəssüf doğurur:
"Bu cür elanlar çox vaxt müştərini cəlb edib başqa istiqamətə yönəltmək üçün istifadə olunur. Makler müştəri müraciət etdikdə isə elan olunan əmlakın artıq satıldığını bildirir. Daha sonra əvəzində daha yaxşı, daha münasib qiymətə digər ev və ya əmlak təklif edir. Bu yolla müştərini özündə saxlamağa çalışır. Belə spekulyativ addımları qəti şəkildə qınayırıq”.
R.Osmanlı vurğulayıb ki, bunun başlıca səbəbi isə Azərbaycanda rieltor fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericiliyin olmamasıdır:
"Hazırda bu sahə norma ilə tənzimlənmir. Hesab edirəm ki, gələcəkdə belə bir hüquqi norma qəbul olunarsa, bu problemlər də aradan qalxacaq”.
Sumqayıtın mərkəzindəki parkda yaranan natəmizlik narazılıq yaradır - VİDEO
Nazirlər Kabinetində 2027-ci ilin dövlət büdcəsi müzakirə edildi
Hazırda bu yollarda tıxac var - SİYAHI - FOTO
Əhalinin gəlirləri artıb; bəs alıcılıq qabiliyyəti? - İQTİSADÇI
Yeni Günəşlidə yollar niyə yarımçıq asfaltlanıb? – Sakinlər NARAZIDIR - VİDEO
Bakı Metropolitenində İŞ SAATI dəyişdirilir
Bakı niyə geniş relsli nəqliyyat şəbəkəsinə ehtiyac duyur? – EKSPERT
Alyona Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqlarla - FOTO - VİDEO
Vahid məktəbli forması ilə bağlı yeni qaydalar; vətəndaşlar nə düşünür? – SORĞU - VİDEO
Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərindən GÜC NÜMAYİŞİ - VİDEO
Yoldakı çuxurlar avtomobilin daha çox hansı hissələrinə zərər vurur? - EKSPERT












