Makron Azərbaycanla bağlı bunu deyirsə… - POLİTOLOQ FRANSANIN YENİ SİYASƏTİNDƏN DANIŞDI

Fransa Prezidenti Emmanuel Makron 6 yanvar 2025-ci il tarixində keçirilən "Səfirlər Konfransı 2025" tədbirində Azərbaycanı Fransanın daxili işlərinə müdaxilə etməkdə günahlandırıb.
Bəs Makron belə çıxışlarla nəyə nail olmağa çalışır?
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Avtosfer.az-a açıqlamasında bildirib ki, Makron Azərbaycan əleyhinə açıqlama verməzdən əvvəl özünə güzgüdə baxmalıdır:

"Son illər Fransa kifayət qədər Azərbaycanın daxili işlərinə qarışıb. İkinci Qarabağ müharibəsində Ermənistan və erməni separatizminə dəstək verib. İşğal dövründə Fransa siyasətçiləri və prezidentliyə namizədlər qanunsuz olaraq işğal altında olan torpaqlara Ermənistan üzərindən gəlirdilər. Elə bunların özü Fransanın Azərbaycanın daxili işlərinə qarışmasıdır. Bizdə fakt var, sübut var".
Makronun özü də 3 ildir Azərbaycanın əleyhinə açıqlamalar verir. Azərbaycan Fransanın daxili işlərinə qarışmır. Sadəcə kolonial siyasətini tənqid edir. Yəni imperiyalar dağılsa da Fransa imperialist siyasətini davam etdirməkdədir, müxtəlif adaları nəzarətdə saxlayır. Biz sadəcə onlara mənəvi dəstək oluruq”.

E. Şahinoğlu əlavə olaraq qeyd edib ki, biz Fransanın daxili işlərinə qarışmırıq:
"Sadəcə Makron bunu etiraf etmiş olur ki, Azərbaycan həqiqətən güclü dövlətdir. Fransa özünü Avropanın lider dövləti sayır, amma Azərbaycan haqqında bu ifadələri deyirsə, anlamalıdır ki, Azərbaycan güclü dövlətdir. Makron elə hesab edib ki, o, Azərbaycanın daxili işlərinə qarışacaq, istənilən antiazərbaycan açıqlamasını verəcək və bunun müqabilində özünü rahat hiss edə biləcək. Amma göstərdik ki, Azərbaycanın da deyəcək sözü var".
Politoloq sonda vurğulayıb ki, bu açıqlamalar Fransa Prezidentinin Azərbaycanla bağlı son dövrlərdəki bəyanatlarının təhrif olunmuş və əsassız olduğunu göstərir. Azərbaycanın Fransanın daxili işlərinə qarışmadığı, yalnız Fransa tərəfindən həyata keçirilən kolonial siyasəti tənqid etdiyi vurğulanır. Eyni zamanda, Azərbaycanın güclü dövlət və öz maraqlarını müdafiə etmək hüququna malik olduğu qeyd edilir.
Eltac Zülfüqaroğlu
Dərsdən çoxunu öyrədənlərin günü – 5 Oktyabr – FOTOSESSİYA
Azərbaycanda yerli yolların xəritəsi dəyişə bilər – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti












