“Manatlıq taksi” fəaliyyəti qanunsuzdur? – “Əslində, bu təqdir olunmalıdır”

“Ümumiyyətlə, hər hansı bir şəxsin “manatlıq taksi” fəaliyyəti ilə məşğul olmasının mexanizmi yoxdur. İstənilən şəxsin, istənilən yerdə, istənilən vətəndaşı öz şəxsi maşınına mindirmək, aparmaq və gətirmək hüququ var. Bu ki hansısa qanunla qadağan olunmayıb”.
Bu sözləri Sosial-strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin sədri İlqar Hüseynli deyib.
O bildirib: "Ola bilər ki, hər hansı bir sürücünün mütəmadi bu işlə məşğul olması hansısa dövlət qurumunun diqqətini cəlb etsin və qurum bu məsələ ilə həmin nəqliyyat vasitəsi üzərində daimi müşahidə apasın, onu qanuni şəkildə fiksasiya etsin. Yalnız bu halda qanunsuz taksi xidməti ilə məşğul olduğu üçün şəxsə inzibati tənbeh cəzası tətbiq edilə bilər. Bunun da sübut mexanizmi yoxdur”.
İlqar Hüseynli vurğulayıb ki, belə hallarda cərimələnən sürücü, əgər taksi fəaliyyəti ilə məşğul olmursa və yolüstü bir neçə nəfəri götürdüyü üçün ona cərimə tətbiq olunubsa, məhkəmə qaydasında şikayət etməlidir:
“Şəxs əgər pul qazanmaq üçün qanuni olmayan digər yollardan istifadə edirsə, bu vergidən yayınmadır. İnzibati Xətanın müəyyənləşdirilməsi artıq məhkəmə orqanlarının işidir.
“Manatlıq taksi” fəaliyyəti ilə bağlı hər hansı bir hüquqi sanksiya mövcud deyil. İxtiyarım var ki, istənilən şəxsi hər hansı bir yerə aparım. Dünyada "avtostop" deyilən bir ənənə var. Eyni məhəllədən 5 nəfər eyni istiqamətə işə gedirsə, onun hər biri 1 maşında gedib-gələ bilər. Yanacaq puluna kömək edəcəklərsə, bu başqa məsələ. Yaxud yol kənarında dayanan kimisə götürüb lazımi ünvana apara bilərəm. Bu mənim hüququmdur.
Əslində, bu təqdir olunmalıdır. Belə hallarda cərimələnən sürücü əgər taksi fəaliyyəti ilə məşğul olmursa və yolüstü bir neçə nəfəri götürdüyü üçün ona cərimə tətbiq olunubsa, məhkəmə qaydasında müraciət edə bilər”.
Xatırladaq ki, bir çox sürücülər “manatlıq taksi” fəaliyyəti ilə məşğul olmaları əsas gətirilərək İnzibati Xətalar Məcəlləsinin 324.2-ci maddəsinə əsasən cərimələnir. Sözügedən maddəyə əsasən, buraxılış kartı olmadan taksi minik avtomobilləri ilə sərnişin daşınmasına görə 50 manat məbləğində cərimə nəzərdə tutulur.(yeni.sabah)
Azərbaycanda elektrikli nəqliyyatın dönüşü; bir əsrlik tarix yenidən canlanır – EKSPERT
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO
Bu ərazidə yaşayanların DİQQƏTİNƏ! - İki marşrutun hərəkət istiqaməti müvəqqəti dəyişdirilir
Bakıda avtobus sürücülərinin özbaşınalığı CAN ALIR
Ramanada qadını vurub öldürən avtobus sürücüsünün kimliyi BİLİNDİ - VİDEO
Qatarlarda hələ də havalandırma işləmir? – Metropolitendən AÇIQLAMA
Məhəmməd Hadi küçəsində təhlükəli mənzərə: 3 aydır tədbir görülmür - VİDEO
Müəllimlərin ailə üzvləri ilə sanatoriyaya getməsi üçün əlavə ödəniş tələb olunur? – Rəsmi AÇIQLAMA
Bakının mərkəzində istiqamət lövhəsi səhv göstərir? – Memardan İDDİA – FOTO
Həftənin ilk iş günü: Bakıda tıxac yoxdur - FOTO
Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi bəlli olub - VİDEO










