Məcburi peyvəndləmə aparıla bilər - Nazir müavini

“Yaşlı əhalinin dispanserizasiyası tənzimlənmir. Ola bilsin ki, bu məsələyə qayıdılsın”.
Avtosfer.az-ın məlumatına görə, bunu səhiyyə nazirinin müavini Viktor Qasımov Milli Məclisin Səhiyyə komitəsində keçirilən “Koronavirus infeksiyası (COVİD-19) ilə bağlı ölkədəki mövcud vəziyyət, vaksinasiya və görülən digər tədbirlər barədə” dinləmədə deyib.
O bildirib ki, yaşı 18-dən aşağı olanların peyvəndlənməsi könüllüdür: “Onlara qarşı heç bir məhdudiyyət nəzərdə tutulmayıb”.
V. Qasımov bəzi hallarda peyvəndin məcburi olması ilə bağlı məsələyə də münasibət bildirib:
““Yoluxucu xəstəliklərin immunoprofilaktikası haqqında” qanunda göstərilir ki, peyvənd könüllü aparılır. Lakin müəyyən xəstəliklər baş verdikdə məcburi peyvəndləmə aparıla bilər. Qanunda Nazirlər Kabinetinin qərarı ilə hansı xəstəliklər baş verdikdə hansı kateqoriyadan olan insanların məcburi peyvənd olunması məsələsi sadalanıb. Epidemioloji vəziyyət davam edəcəyi təqdirdə bu məsələyə baxmaq olar”. (modern.az)
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı
Bakının nəqliyyat problemlərini əvvəlcədən hesablamaq mümkün olacaq? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident sosial media hesabında Türkmənistan səfəri ilə bağlı videoçarx paylaşıb - VİDEO
Milli Məclis Avropa Parlamentinin qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib
Bakıda tramvaylar nə vaxt geri qayıdacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
Heyvanlara amansız rəftara görə cəzalar sərtləşdirilir - DEPUTAT
Bakıdakı tıxacın səbəbi fərqli ərazilərdəki hərəkət intensivliyi deyil - DEPUTAT
Hindistanın Ukrayna ilə bağlı planı nədir? – ŞƏRH












