Mədəniyyət Nazirliyində şübhəli tender əməliyyatı

Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyatdan sonra ictimaiyyətə məlum oldu ki, qurumda dövlət satınalamaları zamanı ciddi maxinasiyalara yol verilib.
Əməliyyat zamanı həbs edilənlərdən biri də Tender Komissiyasının sədri Fərhad Mollazadə idi.
Amma deyəsən bu sahədə hələ də çatışmazlıqlar qalır.
Reportyor.info xəbər verir ki, Mədəniyyət Nazirliyinin Sumqayıt Regional Mədəniyyət İdarəsi “Star Construktion-12” QSC ilə toplam maliyyə dəyəri 61 301.59 AZN olan iki müqavilə imzalayıb. Müqavilələrdə kommunal və kommunikasiya xidmətlərinin göstərilməsi və yumşaq invertarların alınması nəzərdə tutulur.
“Star Construktion-12” QSC şübhəli tender əməliyyatlarında istifadə edilən şirkətlərdən hesba edilir.
İqtisadiyyat Naziriliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən “Star Construktion-12” QSC 4 mart 2016-cı ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 2050 AZN olan QSC-nin hüquqi ünvanı Bakı şəhəri Binəqədi rayonu, Binəqədi şossesi, ev 53-də yerləşir. Şirkətin qanuni təmsilçisi isə Bayramov Mirsahib Atamalı oğludur.
Azərbaycanlıların Ermənistanda keçirdiyi görüşün detalları AÇIQLANDI - VİDEO
Nigar "400 mini haradan tapıb maşın alır" sualına belə cavab verdi
Ramiz Mehdiyev var-dövləti haqqında danışdı
Biləcəridə bu küçə də yararsız vəziyyətdədir - Qurumdan REAKSİYA YOXDUR - VİDEO
Simonyan niyə Bakıya deyil, Gəncəyə gəlir? – AÇIQLAMA
Boşanan ata övladının illik 5-10 min təhsil haqqını ödəməyə borcludurmu? - AÇIQLAMA
Azərbaycanın nəqliyyat sistemində hansı texnologiyalar yenilənməlidir? – EKSPERT
Zəngəzur dəhlizində yeni mərhələ: Azərbaycan qurur, Ermənistan isə... - VİDEO
İki məktəbin meydançası baxımsız vəziyyətdədir – Şagirdlər harada idman etsin? - FOTO
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - VİDEO
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? – AÇIQLAMA












