Medianın İnkişafı Agentliyi seminarlara başladı - FOTO

Medianın İnkişafı Agentliyi və ADA Universitetinin İxtisasartırma Proqramlarının birgə təşkilatçılığı ilə Azərbaycan milli mətbuatının 150 illik yubileyi çərçivəsində “Azərbaycan mətbuat tarixi” və “Media etikası” mövzularında seminarlara başlanıb. Avtosfer.az xəbər verir ki, seminarın açılışında çıxış edən ADA Universitetinin Akademik işlər üzrə prorektorunun müşaviri, İxtisasartırma Proqramının rəhbəri Aygün Hacıyeva qeyd edib ki, ADA Universiteti müasir təhsil mühitində praktiki bacarıqların inkişafına xüsusi önəm verir və mətbuat tarixi, etik dəyərlər kimi mövzular üzrə keçirilən bu seminarlar jurnalistikanın ictimai funksiyasını daha dərindən dərk etməyə imkan yaradır. Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədlinin təşəbbüsü ilə keçirilən seminarda “Jurnalistikanın tarixi: papirusdan kompüterə”, “Azərbaycanda milli mətbuatın yaranması və inkişaf mərhələləri”, “Müasir media mühitində milli mətbuatın maarifçilik missiyası” və “Media etikasının aktual məsələləri” mövzularında seminar və vörkşoplar təşkil olunub.
N.Məmmədli bildirib ki, milli mətbuatın 150 illik yubileyi sadəcə tarixi mərhələ deyil, eyni zamanda Azərbaycan jurnalistikasının gələcək inkişaf strategiyasını müəyyənləşdirmək üçün fürsətdir:
"Bu kimi seminarlar jurnalistlərin həm nəzəri, həm də praktiki biliklərinin artırılmasına, eləcə də etik prinsiplərə əsaslanan peşəkar medianın formalaşmasına xidmət edir".
Seminar zamanı media etikasına dair müxtəlif praktiki situasiyalar müzakirə olunub, informasiya dəqiqliyinin təmin olunması, mənbələrin etibarlılığı və ictimai maraqların qorunması kimi məsələlərə toxunulub, eləcə də ictimai etimadın qazanılmasında etik davranışın əhəmiyyəti vurğulanıb.
Seminar interaktiv müzakirə və sual-cavab sessiyaları ilə davam edib.






Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb











