Medianın İnkişafı Agentliyinin növbəti könüllülük proqramı uğurla yekunlaşıb - FOTO

Medianın İnkişafı Agentliyinin (MEDİA) növbəti könüllülük proqramı uğurla yekunlaşıb. Avtosfer.az xəbər verir ki, cari ilin aprel–iyul aylarını əhatə edən könüllülük proqramı gənclərin bilik və bacarıqlarını inkişaf etdirmələri, sosial layihələrə fəal qoşulmaları və media sahəsində praktiki təcrübə toplamaları üçün geniş imkanlar yaradıb. Könüllülər müxtəlif təlimlərdə, yerli və beynəlxalq tədbirlərdə, eyni zamanda, Agentlik tərəfindən həyata keçirilən “Media savadlılığı” həftəsinin və 3-cü Şuşa Qlobal Media Forumunun təşkilində iştirak ediblər. MEDİA könüllüləri ilə görüş keçirən Agentliyin İcraçı direktoru Əhməd İsmayılov könüllülərin fəaliyyətini yüksək qiymətləndirərək gənclərin təşəbbüskarlığı və məsuliyyətli yanaşmasının proqramın uğurla yekunlaşmasında mühüm rol oynadığını qeyd edib. O, MEDİA könüllülərinin xüsusilə 3-cü Şuşa Qlobal Media Forumundakı rolundan, göstərdikləri yaradıcı yanaşma və komanda ruhundan danışıb. Sonda “MEDİA könüllüləri” Proqramını müvəffəqiyyətlə başa vuran 60-a yaxın gəncə sertifikatlar təqdim olunub.


Sumqayıtın mərkəzindəki parkda yaranan natəmizlik narazılıq yaradır - VİDEO
Nazirlər Kabinetində 2027-ci ilin dövlət büdcəsi müzakirə edildi
Hazırda bu yollarda tıxac var - SİYAHI - FOTO
Əhalinin gəlirləri artıb; bəs alıcılıq qabiliyyəti? - İQTİSADÇI
Yeni Günəşlidə yollar niyə yarımçıq asfaltlanıb? – Sakinlər NARAZIDIR - VİDEO
Bakı Metropolitenində İŞ SAATI dəyişdirilir
Bakı niyə geniş relsli nəqliyyat şəbəkəsinə ehtiyac duyur? – EKSPERT
Alyona Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqlarla - FOTO - VİDEO
Vahid məktəbli forması ilə bağlı yeni qaydalar; vətəndaşlar nə düşünür? – SORĞU - VİDEO
Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərindən GÜC NÜMAYİŞİ - VİDEO
Yoldakı çuxurlar avtomobilin daha çox hansı hissələrinə zərər vurur? - EKSPERT












