"Məktəblərdə pul yığılması bank vasitəsilə həyata keçirilməlidir" - AÇIQLAMA

Valdeyn komitələrinin rəsmiləşdirilməsi ilə bağlı təkliflər var.
Avtosfer.az-ın məlumatına görə, bu barədə "Redaktor.az"a danışan təhsil eksperti Rizvan Fikrətoğlu bildirdi ki, bu, çox mühüm və həssas məsələdir.
"Azərbaycan məktəblərində valideyn komitələrinin fəaliyyəti ilə bağlı bir sıra problemlər mövcuddur. Xüsusilə onların qeyri-rəsmi statusda fəaliyyət göstərməsi və pul yığımı məsələləri qanunvericilik baxımından suallar doğurur. Valideyn komitələri rəsmi qurum sayılmır. Hazırda Azərbaycan qanunvericiliyində, xüsusən də “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda valideynlərin məktəb həyatında iştirakı nəzərdə tutulur. Lakin bu komitələrin hüquqi statusu və fəaliyyət çərçivəsi tam aydın deyil. Yəni onlar rəsmi qurum kimi sayılmır və rəsmi hüquqi şəxs deyillər. Bu komitələr dövlət qeydiyyatından keçmiş təşkilat deyillər, məktəb daxilində ictimai əsaslarla formalaşır və fəaliyyət göstərirlər. Onların fəaliyyəti təhsil müəssisəsinin rəhbərliyinin razılığı və nəzarəti altında həyata keçirilməlidir".
Müsahibimiz pul yığımının qanuni olub-olmaması haqqında da danışdı:
"Fond pulu, təmir pulu, ümumiyyətlə hədiyyə pulu kimi müəllimlərin və ya valideyn komitələrinin pul toplaması qanunsuz hesab olunur. Azərbaycan Respublikasının qanunvericiliyi təhsil müəssisələrində məcburi və təşəbbüslə belə pul toplanmasına qadağa qoyur. Məsələn, hansısa müəllimə qızıl hədiyyə edilməsi təşəbbüsü belə qadağan edilir. Elm və Təhsil Nazirliyi və nazirliyin tabeliyindəki Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi dəfələrlə bu barədə qadağa və xəbərdarlıq yayıb. Əgər valideynlərdən pul yığılırsa və bu, müəllimin və ya məktəb rəhbərliyinin göstərişi ilə həyata keçirilirsə, bu, intizam və hüquqi məsuliyyət yaradır. Valideyn komitələri rəsmiləşdirilməlidirmi? Bu məsələ müzakirəyə açıqdır, lakin bir neçə əsas arqument var".
Onun sözlərinə görə, rəsmiləşdirmənin üstünlükləri var:
"Hesabatlılıq yaranır, pul və digər təşəbbüslər şəffaf şəkildə həyata keçirilir, səlahiyyət və məsuliyyət dəqiq müəyyən olunur, ictimai nəzarət güclənir. Müəllimlər bu prosesdən özlərini uzaq tuta bilərlər. Rəsmiləşdirilməməyin riskləri də var. Qeyri-rəsmi yolla pul yığımı davam edə bilər, valideynlər arasında narazılıq və etimadsızlıq yarana, müəllimlərə əlavə təzyiq düşə bilər.
Nə etmək olar? Ümumilikdə Elm və Təhsil Nazirliyi tərəfindən valideyn komitələrinin statusunu müəyyən edən normativ sənəd hazırlanmalıdır. Məktəblərdə valideyn şuraları yaradılmalı və hüquqi əsaslarla fəaliyyət göstərməlidir. Pul toplanması yalnız rəsmi fondlar vasitəsilə, könüllü əsasda və ya şəffaf şəkildə, bank vasitəsilə həyata keçirilməlidir".
Hazırda bu yollarda tıxac var - SİYAHI - FOTO
Əhalinin gəlirləri artıb; bəs alıcılıq qabiliyyəti? - İQTİSADÇI
Yeni Günəşlidə yollar niyə yarımçıq asfaltlanıb? – Sakinlər NARAZIDIR - VİDEO
Bakı Metropolitenində İŞ SAATI dəyişdirilir
Bakı niyə geniş relsli nəqliyyat şəbəkəsinə ehtiyac duyur? – EKSPERT
Alyona Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqlarla - FOTO - VİDEO
Vahid məktəbli forması ilə bağlı yeni qaydalar; vətəndaşlar nə düşünür? – SORĞU - VİDEO
Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərindən GÜC NÜMAYİŞİ - VİDEO
Yoldakı çuxurlar avtomobilin daha çox hansı hissələrinə zərər vurur? - EKSPERT
Hazırda Bakıda 26 istiqamətdə tıxac var: SİYAHI - FOTO
“Avtovağzal” və “Xocasən” stansiyalarına giriş niyə pulsuz edilib? – AÇIQLAMA - VİDEO











