Məktəbli avtobusları od qiymətinədir: Günü 12 manat - FOTO

Xəbər verdiyimiz kimi, oktyabrın 1-dən Bakıda “məktəbli avtobusları” (“2School”) layihəsinin icrasına başlanılıb. Layihə çərçivəsində xidmət göstəriləcək məktəblər arasında Elitar gimnaziya, 6, 8, 20, 23, 27, 132-134 və 189-190 saylı məktəblər yer alır.
Avtosfer.az xəbər verir ki, aylıq abunə haqqının baha olması vətəndaşlar tərəfindən tənqid olunub.
Aylıq abunə haqqının 100 manatdan başladığı deyilsə də, real rəqəmlər daha yüksəkdir.
Apardığımız kiçik araşdırma nəticəsində məlum oldu ki, bir uşaq üçün qiymətlər aşağıdakı kimi olur:
Xırdalan şəhərindən – 132-134 nömrəli məktəbə gediş-gəliş olmaqla aylıq qiymət 240 manat təşkil edir.
Ay ərzində şagirdlərin ortalama dərsə 20 dəfə gedib gəldiklərini nəzərə alsaq, Xırdalan şəhərində yaşayan şagird üçün günlük 12 manat yol xərci deməkdir. Yasamalda qalan üçün isə günlük 8,4 manat xərc yaranmış olacaq.
Layihə rəhbərliyindən verilən məlumata görə, qazi və şəhid ailələrinə, eləcə də ikinci övladı məktəbdə oxuyan ailələrə endirimlər nəzərdə tutulub. Eyni zamanda, ailədə bir neçə uşaq layihədə iştirak edirsə, ikinci uşağa güzəşt tətbiq edilir.(konkret.az)

Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb - FOTO
Avtomobillə işə gedənlərə PİS XƏBƏR
Yeni qərardan sonra benzin və dizel mühərrikli maşınların aqibəti necə olacaq? – EKSPERT - VİDEO
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib













