"Melissa Group" və qalmaqallı mülkün sahibi razılaşdı - Ev söküldü

Bakı şəhəri Yasamal rayonu Birinci Alatava massivi Abdulvahab Salamzadə küçəsi 118B ünvanındakı ev sökülüb. Avtosfer.az APA-ya istinadən xəbər verir ki, "Melissa Group" və mülkün sahibi arasında kompensasiya məbləği ilə bağlı razılıq əldə olunub.
Kompensasiya ödənilib və mülkün sökülməsi prosesi başa çatıb.
Yasamal rayonunda qanunsuz söküntü işləri
Qeyd edək ki, bu il martın 27-də “Melissa Group” tikinti şirkəti tərəfindən Bakı şəhəri Yasamal rayonu Birinci Alatava massivi Abdulvahab Salamzadə küçəsi 118B ünvanında sakinlər içəridə ola-ola söküntü işləri aparılıb.
Söküntünün qanunsuz olduğu müəyyən edilib
Bakı şəhəri, Yasamal rayonu, Alatava ərazisində aparılan söküntü işləri ilə əlaqədar 27 mart 2025-ci il tarixində Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən əraziyə baxış keçirilib və bu işlərin müvafiq icazə olmadan aparıldığı müəyyən edilib.
Bildirilib ki, aparılan işlər vətəndaşlarla tam razılıq əldə edilmədən və mövcud qanunvericiliyin tələblərinə zidd aparıldığı üçün Baş İdarə tərəfindən aidiyyəti qurumlarla birlikdə dayandırılıb və aktlaşdırılıb.
Tikinti şirkətinin əməkdaşları saxlanılıb
Martın 27-də Bakı şəhəri, Yasamal rayonu, Alatava ərazisində söküntü işləri aparan tikinti şirkətinin iş icraçısı və ekskavator sürücüsü Eynullayev Qala Seymur oğlu, martın 28-də “Melissa Group” tikinti şirkətinin rəhbəri Qalib Məmmədov saxlanılıb. Fakta görə Cinayət Məcəlləsinin 186.2.2-ci (Əmlakı qəsdən məhv etmə və ya zədələmə, yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb.
Martın 29-da Xətai Rayon Məhkəməsində Qala Eynullayev barəsində 1 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Ona Cinayət Məcəlləsinin 186.2.2-ci (Əmlakı qəsdən məhv etmə və ya zədələmə, yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham verilib.
Həmin gün Qalib Məmmədov barəsində də 1 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 32.3-cü (Cinayətdə iştirakçılıq, cinayətin törədilməsini təşkil etmə və ya həmin cinayətin törədilməsinə rəhbərlik etmə, eləcə də mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) yaratma və ya bunlara rəhbərlik etmə), 186.2.2-ci (Əmlakı qəsdən məhv etmə və ya zədələmə, yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham irəli sürülüb.
Söküntü zamanı tibbi yardıma müraciət edilib
TƏBİB-dən isə bildirilib ki, Alatavada söküntü zamanı təcili yardıma müraciət qeydə alınıb. Həmin gün saat 11:00 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Yasamal rayonu, Alatava ərazisindən müraciət daxil olub. Təcili tibbi yardım briqadası tərəfindən 1 nəfərə (qadın cinsli) stresə qarşı kəskin reaksiya diaqnozu ilə tibbi xidmət göstərilib.
Mayın 14-də Qalib Məmmədov ev dustaqlığına buraxılıb. ,Zərərçəkən tərəflə şirkət arasında razılaşma əldə olunandan sonra iyunun 23-də Qala Eynullayev də azadlığa çıxıb.
Həftəsonu bu yollar bağlı olacaq - XƏBƏRDARLIQ - FOTOLAR
Paytaxtın bu küçələrində sıxlıq müşahidə olunur - SİYAHI
Sürücülərin NƏZƏRİNƏ: Sabahdan İçərişəhərdə nəqliyyatın hərəkəti məhdudlaşdırılır
Yusufla birgə hamamda zəhərlənən qız sosial şəbəkədə məşhur imiş
Zelenskinin İrəvana rəsmi səfəri Rusiya-Ermənistan münasibətlərinə təsir edəcək? - POLİTOLOQ
Sabah bu yollar bağlı olacaq - SİYAHI
Səbaildəki lyuklardan şikayət olundu; qurum hərəkətə keçdi – FOTO - VİDEO
ABŞ-İran münaqişəsi; hər iki dövləti yoraraq dağıtmaq istəyirlər? - POLİTOLOQ
Cərimə hesabına qəzaları azaltmaq mümkündür? – AÇIQLAMA - VİDEO
Şahin Mustafayevin korteji Ağverəni belə tərk etdi - VİDEO
Yollarda görünüş məsafəsi MƏHDUDLAŞACAQ








