Metropolitendən və küçələrdən pandemiya ilə bağlı lövhələr YIĞIŞDIRILIR? – Rəsmi AÇIQLAMA

Küçə, ictimai iaşə obyektləri, dövlət qurumları və Bakı Metropolitenində pandemiyanın sərt karantin günlərini xatırladan lövhələr hələ qalır. Hansı ki, epidemioloji durumun sabitləşdiyi bir dövrdə bu lövhələr neqativ saçır, insanlara psixoloji təsir göstərir.
Xüsusilə tibbi maskanın ləğv olunduğunu nəzərə alsaq, Bakı Metropolitenində hələ də maskadan istifadə ilə bağlı tələbi əks etdirən lövhənin götürülməməsi birmənalı qarşılanmır.
Sosial şəbəkələrdə bununla bağlı narazılıq başlayıb və bu tip lövhələrin hər bir məkandan yığışdırılması tələb olunur.
Məsələ ilə bağlı “Bakı Metropliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov Bizim.Media-ya açıqlamasında deyib ki, sözügedən lövhələrin qıcıq və aqressiya yaratması üçün ciddi əsas yoxdur:
“Pandemiya davam edir və onun geri qayıtmayacağını heç kim bilmir. Çindəki hadisələr əyani şəkildə nümunədir. Tam arxayınlaşıb məsuliyyətin ipini əldən vermək olmaz. Mövcud vəziyyətlə bağlı monitorinqlərimiz davam edir. İctimai fikri də anlayırıq. 2 il ərzində pandemiyanın ən sərt qaydasını yaşayanlardan biri də Metropolitendir. Bu münasibəti anlayışla qarşılayırıq. Fikir versəniz metropolitendə tibbi maskanın məcburi olması ilə bağlı hər hansı audio-vizual səsləndirilən elanları eşitmirisiz. Bundan əlavə statistik məlumatların hər biri ləğv olunub və onu xatırladan hər bir məsələyə xüsusi diqqətlə yanaşılır. Hər bir statistik göstəricilər məlumatlandırma xarakteri daşıyır. Ardıcıllıqla hər bir qaydaya uyğun tövsiyələr verilir. Pandemiya dövrü hələ başa çatmayıb. Bu dövrlə bağlı olan məlumatlar normal qarşılana bilər”.
Qurum rəsmisi əlavə edib ki, Nazirlər Kabinetinin qərarı ilə xüsusi karantin rejimi və pandemiya ləğv olunarsa, Metropoliten də verilən hər bir qərara tabe olacaq və müvafiq addımlar atacaq”.
Bakı Şəhər İcra Hakimiyyətindən isə saytımıza bildirilib ki, Nazirlər Kabineti yanında Operativ Qərargah hansı qərarı qəbul edəcək, həmin qərar icra ediləcək.
“İçərişəhər”də quraşdırılan panduslar nəyə təsir edəcək? - EKSPERT
Bu yollarda TIXAC VAR - SİYAHI
Əminə Ərdoğan Mehriban Əliyevaya zəng edib
Çin maşınlarından istifadə avtomobil bazarında hansı asılılığı yaradır? - EKSPERT
Xırdalan-Bakı qatarlarınnın hərəkət cədvəli niyə dəyişdirilib? - AÇIQLAMA
Ermənistanla logistik əlaqələr Bakı-İrəvan münasibətlərinə necə təsir edəcək? – ŞƏRH
Xırdalanda "AAAF Park"ın qarşısında zibil problemi – Sakinlər narazıdır - VİDEO
Qəbələdən Avropaya birbaşa uçuşlar mümkün olacaq? – AÇIQLAMA - VİDEO
Bakının tıxaclı yollarının SİYAHISI
Vladimir Putin Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
“Ramiz Mehdiyevin kürəkəni ilə razılaşmasaq, həbsə gedəcəyimizi demişdi” - İDDİA










