Milli Məclisdəki çıxışı gündəm olan deputatımız kimdir? - VİDEO

Deputat Ülviyyə Həmzəyevanın Milli Məclisdəki çıxışı müzakirələrə səbəb olub. Onun bəzi sözləri düzgün tələffüz etməməsi, xüsusilə “c”, “ç” və “k” səslərinin deyilişində yol verdiyi nöqsanlar, eləcə də mətni üzündən yaxşı oxumaması sosial şəbəkələrdə tənqid edilib.
Bəs Ülviyyə Həmzəyeva kimdir?
Avtosfer.az bildirir ki, Həmzəyeva Ülviyyə Tapdıq qızı 30 aprel 1982-ci ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Şəkərabad kəndində anadan olub. Azərbaycanlı ictimai-siyasi xadim, rəssamdır.
Orta təhsilini Naxçıvan şəhərində alıb, 2003-cü ildə Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsinin Təsviri incəsənət ixtisasını fərqlənmə ilə bitirib.
2006-cı ildə isə həmin universitetin Pedaqogika nəzəriyyəsi və tarixi ixtisası üzrə magistr pilləsini fərqlənmə ilə başa vurub.
Naxçıvan Dövlət Universitetinin Təsviri incəsənət və rəsmxət kafedrasında baş müəllim kimi fəaliyyət göstərib. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dissertantıdır.
Azərbaycan Respublikasının Əməkdar Rəssamı, Naxçıvan Muxtar Respublikasının Əməkdar Rəssamı, Naxçıvan Rəssamlar Birliyinin sədri, “Yeni Era” Dünya Rəssamlıq Akademiyasının həqiqi üzvüdür.
O, 2010-2015-ci illərdə IV çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, 2015-ci ildən isə Azərbaycan Respublikasının Milli Məclisinin V, VI və VII çağırış deputatıdır.
Həmzəyeva həmçinin Naxçıvan Ali Məclisinin IV çağırış deputatı olub, daha sonra Azərbaycan Milli Məclisinin V, VI və VII çağırış deputatı kimi fəaliyyətini davam etdirib.
O, 2021-ci il martın 5-də keçirilən Yeni Azərbaycan Partiyasının VII qurultayında YAP İdarə Heyətinin üzvü seçilib.(Qlobalinfo)
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI












