Milyarder Fərhad Əhmədov DTX tərəfindən saxlanılıb

Azərbaycanın Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat zamanı tanınmış iş adamı Fərhad Əhmədov saxlanılıb.
Avtosfer.az xəbər verir ki, bir neçə gün əvvəl iş adamının Bakı, Göyçay və İsmayıllı rayonlarındakı obyektlərində axtarışlar aparılıb.
Qeyd olunur ki, Fərhad Əhmədov Rusiyaya casusluqda şübhəli bilinərək saxlanılıb.
O, istintaq şöbəsində ifadə verib. Milyarderdən Azərbaycanı tərk etməmək barədə yazılı öhdəlik götürülüb.
Hazırda onun barəsində araşdırma aparılır. Hələki bununla bağlı rəsmi açıqlama verilməyib.
Xatırladaq ki, F. Əhmədov təbii meyvə şirələri istehsalçısı olan “AzNar” şirkətinin rəhbəridir. İş adamı 1.7 milyard dollar sərvəti ilə “Forbes”un 2022-ci il üçün rus milyarderləri siyahısında 49-cu yeri tutur.
Fərhad Əhmədov 2022-ci ilin aprelində Avropa İttifaqı və Böyük Britaniyanın sanksiyalarına məruz qalan ən zəngin rusiyalılar siyahısına daxil edilib.
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












