Misir Mərdanov 1,7 milyon manatlıq ittihama belə cavab verdi

Xəbər verdiyimiz kimi, ləğv edilmiş Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin cinayət işi materialında sabiq təhsil naziri Misir Mərdanovun da adı çəkilib. O, sabiq nazirin adını bu işdə adı keçən və vaxtilə həbs olunan Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş əməkdaşı Nəriman Ağayevlə söhbətində hallandırıb. Elşad Abdullayev bildirib ki, Misir Mərdanov ondan plana görə 1 milyon alıb: "700 min manat da keçən ildən borcludur. 1.700.000 plana görə Misirdədir".
Məsələ ilə bağlı mövqeyini öyrənmək üçün sabiq təhsil naziri Misir Mərdanovla əlaqə saxladıq. Keçmiş nazir açıqlamasında 1,7 milyon manatlıq ittihama belə cavab verib:
"Bunlar boş söhbətlərdir. Bu məsələlər mənə lazım deyil.
Xahiş edirəm, həmin mövzu ilə bağlı mənə əlavə sual verməsiz", - deyə o əlavə edib.
Xatırladaq ki, Misir Mərdanov 2013-cü ildə təhsil naziri vəzifəsindən azad olunub./unikal
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO












