"Moped və skuter travmaları az görünür, amma diqqət tələb edir" - Həkim

"2026-cı ilin yanvar ayı üzrə moped, motosiklet və skuter qəzaları nəticəsində instituta üç nəfər, avtoqəza ilə bağlı isə 52 nəfər müraciət edib". Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu baş direktorun müavini - baş həkim Nizami Məmmədov açıqlayıb.
Onun sözlərinə görə, qeyd olunan göstərici ümumi avtoqəza travmalarının (52 hal) çox kiçik bir hissəsini təşkil edir və təxminən 5.8%-dən azdır:
"Bu fakt onu göstərir ki, yanvar ayı ərzində nəqliyyatla bağlı travmalar, əsasən, avtomobil qəzaları ilə əlaqədar olub, ikitəkərli nəqliyyat vasitələrinin iştirakı ilə baş verən hadisələr isə nisbətən az qeydə alınıb. Bununla belə, ümumdünya statistikasına nəzər saldıqda, motorlu ikitəkərli nəqliyyat vasitələrinin - motosiklet, moped və skuterlərin - yol-nəqliyyat hadisələrində mühüm yer tutduğu müşahidə olunur. Xüsusilə gənc sürücülər və şəhərdaxili nəqliyyatda hərəkət edənlər risk qrupuna daxildirlər".
Baş həkim qeyd edib ki, bu tendensiya göstərir ki, statistik baxımdan az görünməsinə baxmayaraq (yalnız üç hal), ikitəkərli nəqliyyat vasitələrinin iştirakı ilə baş verən travmaların yol təhlükəsizliyi strategiyalarında xüsusi diqqətdə saxlanılması zəruridir.
Dünyada ilk neft quyusu və Qafqazın ilk elektrik dəmir yolunun yubileyidir – EKSPERT - FOTO
İşə maşınla gedənlərin NƏZƏRİNƏ!
Putin İlham Əliyevə təşəkkür etdi - VİDEO
Görünüş məsafəsi məhdudlaşacaq - Sürücülərin NƏZƏRİNƏ!
“McDonald’s”dan sifariş verdiyi yeməkdən narazı qalıb pulunu geri istədi; görün nə baş verdi - ŞİKAYƏT
Təhlükəsizlik kəməri problemi; bu marka avtomobillər geri çağırılır
Mərkəzdə yeraltı keçid sahibkarlara satılır; şəhərin görünüşü pozulur – MEMAR – FOTO
Finlandiya müdafiə nazirinin açıqlaması ölkəni Rusiya tərəfdaşı kimi göstərir? – Deputat AÇIQLADI
Sumqayıtdakı bu marşrut avtobuslarından da narazılıq artıb - FOTO
Köhnə standartlar şəhərlərin inkişafına mane olur? – Ekspert AÇIQLADI
İşə maşınla gedənlərin NƏZƏRİNƏ!










