Müharibə təhsil sisteminə necə zərbə vurur? - Ekspert səbəbləri AÇIQLADI

Təhsil cəmiyyətin gələcəyini formalaşdıran ən vacib sahələrdən biridir. İnsan kapitalının inkişafı, sosial sabitlik və iqtisadi tərəqqi birbaşa təhsilin səviyyəsindən asılıdır. Lakin bəzi hallarda bu sistem ciddi sınaqlarla üzləşir və bu sınaqların ən dağıdıcılarından biri müharibədir. Müharibə yalnız fiziki mühitə deyil, eyni zamanda insanların həyat ritminə və inkişaf imkanlarına da təsir göstərir.
Tarixən müxtəlif regionlarda baş verən münaqişələr, xüsusilə Yaxın Şərqdəki qarşıdurmalar göstərir ki, müharibə təhsil sisteminə ağır zərbələr vurur.
Mövzu ilə bağlı təhsil eksperti Ramin Nurəliyev Avtosfer.az a açıqlamasında bildirib ki, müharibə olan ölkədə və yaxud ətraf ölkələrdə istər-istəməz müharibənin fəsadları şagirdlərdə bir acı yara açır. Bu da şagirdin fərqli formalarda inkişaf etməsinə təsir göstərir:

“Müharibə hər bir dövlətə müəyyən problemlər formalaşdırır. Müharibə istər-istəməz uşaqların müəyyən qədər psixologiyasına təsir göstərir. Yəni, ola bilər hər hansı bir uşağın, şagirdin valideyni müharibədə müəyyən zərər görmüş ola bilər və yaxud da müharibədə həlak olmuş ola bilər. Bu da istər-istəməz şagirdlərin müəyyən qədər psixologiyasına təsir göstərə bilər. Bu, valideyn, qohum və yaxud da gözünün qarşısında kiminsə ölümü ilə yara bilər. Bu da istər-istəməz şagirdin təfəkküründə, zehnində müəyyən qədər problemlərin yaşanmasına yol açmış olur. Məsələn 1991-1993-cü illərdə Ermənistanla müharibə şəraitində olduğumuz vaxt həqiqətən də orta ümumtəhsil məktəbində oxuduğumuz dövrün acı həqiqətlərini yaşamışıq. İstər-istəməz televiziyada müharibə haqqında informasiyalar, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi, hər dəfə bir rayonun işğal olunması istər şagirdlərə, istər ailələrinə, istərsə də cəmiyyətə müəyyən qədər mənfi təsir göstərirdi, müəyyən psixoloji gərginlikdə saxlayırdı. Demək olar ki, müəllim çatışmazlığı formalaşmışdı. Bəzi müəllimlər səfərbər elan olunmuşdu. Müəllimlər cəbhə bölgəsinə yollanırdı, bəziləri könüllü yollanırdı, bəziləri səfərbərliklə bağlı yollanırdı. Digərləri isə müəllimlər cəbhəyə getməmək üçün ölkəni tərk etməyə məcbur qalırdı. Yəni, belə problemlər formalaşırdı. Bu da təbii ki, müəllim çatışmazlığına gətirib çıxardı. Bizim bir neçə fənn üzrə müəllimimiz demək olar ki, yox idi. Yəni, tədris hər gün real formada keçirilmirdi”.
Ekspertin sözlərinə görə, müharibə bir çox fəsadlar gətirməklə ümumilikdə təhsil sahəsinə ciddi zərbə vurur:
“Müharibədən ən çox təsirlənən uşaqlardır, yeniyetmələrdir, məktəblilərdir. Onlar həm təhsil baxımından müəyyən qədər geriləyirlər, həm də dünya görüşü və psixoloji vəziyyət baxımından ciddi sarsıntı yaşayırlar. Demək olar ki, psixoloji baxımdan alt-üst olurlar. Gələcək gənclərin yetişməsi, gələcək nəslin inkişafı istiqamətində bu təsirlər açıq şəkildə görünür. Təhsil, mənəviyyat, mədəniyyət və ümumi inkişaf baxımından geriləmə baş verir. Bu da gələcəkdə müəyyən fəsadlara gətirib çıxara bilir”.
Nurcan Babək
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb - FOTO
Avtomobillə işə gedənlərə PİS XƏBƏR
Yeni qərardan sonra benzin və dizel mühərrikli maşınların aqibəti necə olacaq? – EKSPERT - VİDEO
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib












