Nazirlik: “Müşfiqin doğulduğu evin bərpası mümkün deyil” - FOTO

“Azərbaycan ədəbiyyatının inkişafına dəyərli töhfələr vermiş görkəmli şair Mikayıl Müşfiqin Bakı şəhərində vaxtilə yaşamış olduğu evin bərpasına köməklik göstərilməsi barədə şəhər sakinləri tərəfindən də Mədəniyyət Nazirliyinə müraciətlər ünvanlanıb”.
Avtosfer.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyindən bildirilib. Qeyd olunub ki, bununla əlaqədar nazirlik tərəfindən Bakı Şəhər İcra Hakimiyyətinə müraciət olunub, lakin cavab olaraq bildirilib ki, bərpası nəzərdə tutulan ev Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 mart tarixli, 56 saylı Qərarına əsasən Bakı şəhərində torpaq sürüşməsi təhlükəsi hesab olunan ərazidə - “2-ci Nərimanov prospekti döngəsi sürüşmə sahəsi”ndə yerləşir. “Həmçinin qeyd olunub ki, sürüşmə təhlükəsi olan həmin ərazidə yerləşən bir sıra yaşayış və qeyri-yaşayış sahələrinin söküntü işləri aparılır. Bu səbəbdən qeyd olunan ərazidə muzey yaradılması və ya abidə ucaldılması məqsədəuyğun hesab edilməyib”, - məlumatda vurğulanır. Qeyd edək ki, sosial şəbəkələrdə Mikayıl Müşfiqin doğulduğu evin yerləşdiyi ərazinin fotoları yayılıb və həmin əraziyə lövhə qoyulub.
“İçərişəhər”də quraşdırılan panduslar nəyə təsir edəcək? - EKSPERT
Bu yollarda TIXAC VAR - SİYAHI
Əminə Ərdoğan Mehriban Əliyevaya zəng edib
Çin maşınlarından istifadə avtomobil bazarında hansı asılılığı yaradır? - EKSPERT
Xırdalan-Bakı qatarlarınnın hərəkət cədvəli niyə dəyişdirilib? - AÇIQLAMA
Ermənistanla logistik əlaqələr Bakı-İrəvan münasibətlərinə necə təsir edəcək? – ŞƏRH
Xırdalanda "AAAF Park"ın qarşısında zibil problemi – Sakinlər narazıdır - VİDEO
Qəbələdən Avropaya birbaşa uçuşlar mümkün olacaq? – AÇIQLAMA - VİDEO
Bakının tıxaclı yollarının SİYAHISI
Vladimir Putin Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
“Ramiz Mehdiyevin kürəkəni ilə razılaşmasaq, həbsə gedəcəyimizi demişdi” - İDDİA










