Nazirlikdən xəbərdarlıq: şimşək çaxacaq, dolu gözlənilir

Ekologiya və Təbii Sərvətlər Nazirliyi havanın dəyişəcəyi barədə xəbərdarlıq edib. Nazirlikdən verilən məlumata görə, ölkə ərazisində müşahidə olunan anomal isti hava şəraitindən sonra mayın 20-də qərb rayonlarından başlayaraq havanın dəyişəcəyi, mayın 23-dək qeyri-sabit keçəcəyi, temperaturun 5-8 dərəcə aşağı enəcəyi, şimal küləyinin güclənəcəyi, arabir yağış yağacağı, əsasən gecə və axşam saatlarında şimşək çaxacağı gözlənilir. Dağlıq və dağətəyi rayonlarda dolu düşəcəyi ehtimalı var. ETSN-nın Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev Lent.az-a açıqlamasında bildirib ki, sabah Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi axşama doğru arabir güclənəcək. Yağış yağacağı ehtimalı var. Havanın temperaturu gecə 15-20, gündüz 23-28 dərəcə isti olacaq. Qərb rayonlarından başlayaraq şimşək caxacağı, yağış yağacağı gözlənilir. Arabir güclənən qərb küləyi əsəcək. Aran rayonlarında havanın temperaturu gecə 16-21, gündüz 25-30, dağlarda gecə 8-13, gündüz 18-23 dərəcə isti olacaq.
Fərid
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO












