Neftçalada COVID-19 bağlı reydlər keçirilib - FOTO

Neftçalada ictimai nəqliyyatda tibbi maskadan istifadə etməyən sərnişin və sürücülərin aşkar edilməsi məqsədilə yol polisi əməkdaşları tərəfindən profilaktik tədbirlər davam etdirilir. DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən keçirilən belə tədbirlər zamanı ictimai nəqliyyatdan istifadə edən sərnişinlərlə izahedici söhbətlər aparılıb, onlara tənəffüs yollarını qoruyan fərdi vasitələrdən, yəni tibbi maskalardan istifadə etməyin zəruriliyi barədə məlumatlar verilib.
Sürücülərlə də profilaktiki söhbətlər aparan yol patrul xidmətinin inspektorları onlara qaydalara ciddi riayət etmələrini tapşırıblar.
Həmçinin, profilaktik tədbirlər zamanı taksilərdə şəffaf arakəsmələr quraşdırmayan sürücülər, eləcə də avtomobilin ön oturacağında əyləşən və tibbi maskadan istifadə etməyən sərnişinlər də müəyyən edilib.
Bundan əlavə şöbə əməkdaşları tərəfindən rayon ərazisində yerləşən iri ticarət mərkəzlərində və digər qapalı məkanlarda da nəzarət-profilaktiki tədbirlər keçirilib, tibbi maskadan istifadənin zəruriliyi barədə geniş məlumatlar verilib. Qaydaları pozan vətəndaşlar barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb.
Emin
11 aylıq sınağın ilk iki həftəsi: Onlayn iş və dərs TƏKLİFİ - FOTO
Metroda sıxlıq zamanı hansı tədbirlər görüləcək? - Sentyabr ayından...
Azərbaycanlıların da olduğu gəmiyə dron hücumu - VİDEO
Sumqayıtın mərkəzi küçəsində vəziyyət; yolda çuxurlar var, amma xətləmə işi görülüb - FOTO
Akkumulyatoru tədricən dağıdan avqust istisi
Moskva səfirliyimiz qarşısındakı təxribata niyə göz yumuldu? – Politoloq AÇIQLADI
Bakıda “klyokların rəqsi” - VİDEO
Qarpızı barmaqla deşmək trendə çevrildi – “Güc nümayişi”, yoxsa nemət israfı? – VİDEO
"Təcili beh tələsinə düşməyin!" - DİN-dən tələbələrə ÇAĞIRIŞ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ!
Sumqayıtın ən təhlükəli yolu – Bu küçədə sürət limitinə əməl edilmir - VİDEO

















