Neftin barrelini İtaliyaya ucuz satıb, təkəri onlardan 300-500 dollara alırıq – İQTİSADÇI - FOTO

Azərbaycanda bir sıra məhsulların idxal olunması artıq cəmiyyətin narahat olduğu əsas məsələyə çevrilib. Əhali xaricdən gətirilən malların ölkə iqtisadiyyatından asılı olmadan qiymətlərində artımlar edilməsini birmənalı qarşılamır. Sürücüləri bu mövzuda narahat edən əsas məhsul avtomobil şinləridir. Təkərlərin, demək olar ki, hər il bahalaşması nəqliyyat vasitəsi idarəçilərini ikinci əl təkər almağa, keyfiyyətə önəm verməməyə məcbur edir. Bu gün Azərbaycanda birinci əl ən ucuz təkər 400 manat, ikinci əl isə 150-200 manata satılır. O 150 manata satılan təkərin az qala simləri görünür, yenə də bəzi sürücülər məcbur qalıb alır.
Ölkəmizdə 1959-cu ildə Bakı Şin Zavodu fəaliyyətə başlasa da 1998-ci ildə satışları böyük həcmdə aşağı düşdüyü üçün işçiləri ödənişsiz məzuniyyətə göndərib və bir müddət sonra da tamamilə bağlanıb. Zavod fəaliyyətdə olduğu dövrdə ölkənin təkər təminatının böyük hissəsini ödəyə bilib. Bağlandıqdan sonra isə bu məhsul yalnız idxal olunur.
Avtosfer.az xəbər verir ki, problemlə əlaqədar iqtisadçı ekspert Natiq Cəfərli özünün sosial şəbəkə hesabında paylaşım edib. Ekspert dünyada istehsal edilən bütün təkərlərin təxminən 80%-nin neftdən əldə edilən sintetik kauçukdan hazırlandığını bildirib. O qeyd edib ki, sintetik kauçukun tərkibi üçün lazım olan monomerlər (məsələn, butadien, stirol) istehsal etmək üçün neft emal edilir. Rezin birləşməsinə neft yağları əlavə edilir, onlar yumşaldıcı rolunu oynayır və təkərin xüsusiyyətlərinə təsir göstərir:

“İndi deyəcəksiz bütün bunları nədən yazdım, deyim də: 2005-ci ildə ölkədə “Azərşin” ASC yaradılmışdı, güya, ölkədə şin istehsal edəcəkdi. Uzun illərdir ki, heç bir fəaliyyəti yoxdur, indi də məlumat yayıldı ki, oktyabrın 22-də tam bağlanır, ləğv edilir.
Halbuki, şin istehsalı üçün Azərbaycan nefti çox uyğundur, neftin emalından alınan materiallarla keyfiyyətli məhsul istehsal etmək olar.
Avtomobil həvəskarlarının çox bəyəndiyi təkər markası var – “Pirelli” İtaliya istehsalıdır. Azərbaycan neftindən istehsal olunur, Bakıda satılan qiymətlərə baxın, təkər istehsalı kompyuter deyil, mikrocip deyil, qəliz texnologiya heç deyil, yaxşı, biz nə vaxta qədər İtaliyaya 1 barrel, 159 litr xam nefti 70 dollara, yəni, litrini 44 sentə satıb, sonra həmin neftdən alınan şinin birini 500-800 manata, yəni, 300-500 dollar arası alacağıq?!
Ölkədə 2005-ci ildə “Azərşin” yaradıldı, işləyə bilmədi, indi bağlanır, “Pirelli” bir qırağa, ölkədə 1,2 mln. dan çox avtomobil var, deməli təqribən, 5 mln. təkər fırlanır, özümüz üçün də şin istehsal edə bilmirik. Bu iqtisadi sistem bitib, yenisinə keçid üçün isə ilk növbədə siyasi islahatlar vacibdir”.
Səfər

Yeni qərardan sonra benzin və dizel mühərrikli maşınların aqibəti necə olacaq? – EKSPERT - VİDEO
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Əhalinin kredit borclarının artması risklidir, yoxsa zəruri? - AÇIQLAMA
Bakıda kütləvi tədbirlər zamanı ictimai nəqliyyat necə təşkil olunmalıdır? – EKSPERT












