Nəqliyyat Nazirliyi I Avropa Oyunları ilə bağlı planlarını açıqlayıb

Gələn il Bakıda keçiriləcək I Avropa Oyunları hazırlıq işləri bir neçə mərhələni əhatə edir. İlk növbədə bu böyük tədbir zamanı idman saraylarına gediş-gəlişin əsas marşrutlarının müəyyən edilməsi, idmançıların həm oyunlara, həm də məşqlərə getməsi, o cümlədən bu zallar ətrafında yol bağlantılarının, marşrutların, onların konkretləşməsi, orada lazımi əlavə tədbirlərin həyata keçirilməsindən ibarətdir. Bu haqda “APA-Economics”ə nəqliyyat nazirinin müavini Musa Pənahov danışıb. Nazir müavini bildirib ki, I Avropa Oyunları üçün çoxlu nəqliyyat vasitələrinin iştirakı nəzərdə tutulub. “Bu nəqliyyat vasitələrinin oyun meydançalarının ətrafında orada dayanması, daşınması, dayanacaqların yaradılması, kifayət qədər ictimai nəqliyyatın cəlb edilməsi, əhalinin bu ictimai nəqliyyat vasitələri ilə idman saraylarına çatdırılması, əsas olimpiya zolaqlarının müəyyən edilməsi və bu zolaqların xüsusi idman işarələri qeyd edilməsi kimi işlər həyata keçirilir. Bu tədbirlə vaxtında icra olunacaq, həm əhaliyə, həm də idmançılara xidmətinə təqdim edəcək”, - deyə M. Pənahov qeyd edib. O, əlavə edib ki, həm ictimai nəqliyyat, həm də I Avropa Oyunları məqsədilə Bakıya yeni avtobus və taksilər gətiriləcək: “Yeni nəqliyyat vasitələri əsasən Almaniya, Fransa, Türkiyə, Çindən gətiriləcək. Bunlar həm idman ailəsinə xidmət edəcək, həm mətbuata, həm də vətəndaşlara xidmət edəcək”.
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO












