Nəqliyyat sahəsində azaldılacaq karbon emissiyasının həcmi açıqlanıb

Azərbaycanda nəqliyyat sahəsində 2030-cu ilə qədər təqribən 18 milyon ABŞ dolları dəyərində 600 min ton karbon emissiyası azaldıla bilər.
Avtosfer.az xəbər verir ki, bu barədə Asiya İnkişaf Bankının (ADB) "CAREC (Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramı) ölkələrində nəqliyyat sektorunda karbon qiymətləndirilməsinin təsiri və imkanlarının araşdırılması" adlı hesabatında deyilir.
Hesabata görə, 2021-ci ilədək Azərbaycanda nəqliyyat vasitələrinin sayı sürətlə artaraq 1,3 milyondan çox minik avtomobili və 160 mindən çox yük avtomobili qeydiyyata alınıb: "2030-cu ilə qədər 3 000 elektrikli şəhər avtobusunun istismara verilməsini, yük avtomobillərinin 1 %-inin elektrikləşdirilməsini və minik avtomobillərinin 5 %-inin elektrikli olacağını (həmçinin elektrik enerjisinin 30 %-inin doldurma stansiyalarında istehlak ediləcəyini) fərz etsək, bu addımlar 2030-cu ilə qədər təqribən 18 milyon ABŞ dolları dəyərində 600 min ton CO₂ emissiya azalmasına səbəb ola bilər".
ADB-nin mütəxəssisləri bildiriblər ki, "Azərbaycan Dəmir Yolları" QSC (ADY) dəmir yolunun elektrikləşdirilməsi də daxil olmaqla, bir sıra dekarbonizasiya tədbirləri reallaşdırıb, 2024-cü ildə ilk davamlılıq hesabatını nəşr edib və ADB-nin dəstəyi ilə dekarbonizasiya strategiyası və çərçivəsini işləyib hazırlayıb:
"ADY karbon kreditlərini monetizasiya etmək və qlobal emissiyaların azaldılması hədəflərinə dəstək vermək məqsədilə beynəlxalq karbon bazarı mexanizmlərinə uyğunlaşdırılmış korporativ səviyyəli karbon ticarəti masası (carbon trading desk) qurmağa səy göstərir və bu prosesdə ADB tərəfindən dəstəklənir. Emissiyaların azaldılması potensialı əsasən dəmir yolunun elektrikləşdirilməsindədir. Müasir dizel qatarlarının yüksək səmərəliliyini nəzərə alaraq, elektrikləşdirmənin təkbaşına çox böyük effekt yaratması proqnozlaşdırılmır.
Əsas təsir yük və sərnişin axınının digər nəqliyyat vasitələrindən dəmir yoluna yönləndirilməsindən ("mode shift") irəli gələcək. İstixana qazlarına təsir başlıca olaraq daşınan sərnişinlərin sayından, yüklərin həcmindən və orta səfər məsafəsindən asılı olacaq. Bir qatarın sərnişin-kilometrə düşən istixana qazı emissiyaları şəhərlərarası avtobuslarla müqayisədə adətən 3-5 dəfə, yük daşınmasında isə (yükün növündən asılı olaraq) ton-kilometrə düşən emissiyalar avtomobil nəqliyyatına nisbətən 3-7 dəfə aşağıdır".
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












