Nəqliyyat sahəsinə aid 4 dövlət standartı qəbul ediləcək

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən təsis edilən “Yol nəqliyyatı” standartlaşdırma üzrə Texniki Komitənin (AZSTAND/TK 19) növbəti onlayn iclası keçirilib. Avtosfer.az xəbər verir ki, bu barədə Bakıvaxtı.az-a AZSTAND-dan bildirilib.
İclas zamanı Texniki Komitənin 2025-ci il üzrə Fəaliyyət Planına uyğun olaraq işlənib hazırlanmış AZS ECE 21 “Nəqliyyat vasitələrinin daxili avadanlığı ilə bağlı təsdiqinə dair vahid müddəalar”, AZS ECE 16 “Təhlükəsizlik kəmərləri, qoruyucu sistemlər, uşaq avtonəqliyyat vasitələrinin sərnişinləri üçün nəzərdə tutulmuş sistemləri və ISOFIX uşaq təhlükəsizlik sistemləri”, AZS ECE 51 “Ən azı dörd təkərli avtonəqliyyat vasitələrinin buraxdığı səs-küyə görə rəsmi təsdiqin verilməsinə dair vahid təlimatlar”, AZS ECE 85 “M və N kateqoriyalı motorlu nəqliyyat vasitələrini hərəkətə gətirmək üçün nəzərdə tutulmuş daxili yanma mühərriklərinin və ya elektrik mühərriklərinin təsdiqi ilə bağlı və elektrik mühərriklərinin faydalı gücünün və maksimum 30 dəqiqəlik gücünün ölçülməsi ilə bağlı vahid müddəalar” standartlar layihələri müzakirə edilib. Sözügedən standartların qəbulu məqsədilə AZSTAND-a təqdim edilməsi barədə qərar qəbul olunub.
İclasın sonunda AZSTAND/TK 19 tərəfindən AZS 122 “Yerüstü Nəqliyyat Vasitələri üçün Təhlükəsizlik Şüşəsi. Ümumi Texniki Şərtlər” dövlət standartının dövri yoxlaması keçirilib.
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












