"Nəyə görə belə çox bayram günlərimiz var?"

"Əvvəlcədən qeyd edim ki, bu ölkənin vətandaşı kimi bayramları sevirəm, onların mahiyyətini və vacibliyini anlayıram. 26 İyun – Silahlı Qüvvələr Günü kimi vacib tarixlərin qeyd olunması mənə qürur verir". Avtosfer.az “Ölkə.az”a istinadən xəbər verir ki, bu fikirləri “Qanun” Nəşrlər Evinin direktoru Şahbaz Xuduoğlu deyib. "Amma bir məsələ var ki, onu mütləq deməliyəm: bayramların sayı və ardıcıllığı bizi – özəl sektorda çalışan, vergi verən, iş yeri yaradan, maaş verən sahibkarları çox çətin vəziyyətə salır. Bayram günlərdə dövlətdə işləyənlərin maaşı sabitdir, amma biz sahibkarlar özümüz qazanmadan işləyənlərə maaş verməli oluruq. Bəzən bir bayram bitmədən yeni bir istirahət günü gəlir və nəticədə ayın demək olar ki, 30 faizində fəaliyyət tam və ya qismən dayanır. Çox istərdim ki, bayramlar daha rasional bölünsün, qeyri-iş günləri minimuma ensin, alternativ olaraq işləyən müəssisələr üçün vergi güzəştləri və ya əlavə dəstəklər tətbiq edilsin".
Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb











