Nuran Abdullayev: Son elmi tədqiqatlar və elmə istiqamət verən yeni araşdırmalar təqdim olunacaq

Bu gün Səhiyyə Nazirliyinin, Diasporla İş üzrə Dövlət Komitəsinin, Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin dəstəyi ilə bizim üçün mənəvi dəyəri böyük olan Zəfər Tibb Simpoziumu keçiriləcək. Azərbaycanda olmaqdan və bu simpoziumda iştirakdan qürur duyuruq. Simpozium zamanı Almaniyadan gələn həkimlərin son elmi tədqiqatları və elmə istiqamət verən yeni araşdırmalar təqdim olunacaq. Bundan başqa, Azərbaycanda qurulmasının vacib olduğunu düşündüyümüz insult mərkəzləri və eyni zamanda, neyrovaskulyar mərkəzlərin qurulması haqqında da tədbir iştirakçılarına məlumat veriləcək.
Avtosfer.az xəbər verir ki, bunu Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universitetinin tibb elmləri doktoru Nuran Abdullayev jurnalistlərə açıqlamasında deyib.
N.Abdullayev Almaniyadan gələn həkim heyətinin yüksək akademik səviyyəyə aid olduğunu da diqqətə çatdırıb.
Münhen Klinikasının Radiologiya və Neyroradiologiya İnstitutunun direktoru, professor Anastasios Mpotsaris isə Azərbaycana üçüncü dəfə gəldiyini və simpoziumda iştirakdan məmnun olduğunu deyib: “Simpoziumda iştirak etməkdə məqsədim azərbaycanlı həmkarlarımın tədqiqatları ilə tanış olmaq, o cümlədən bizim etdiyimiz yenilikləri müzakirə etməkdir. Ümid edirəm ki, bu dəfə də məqsədlərimizə çatacaq və elmi-praktiki yeniliklər ətrafında ətraflı fikir mübadiləsi apara biləcəyik”.
Hindistanın Ukrayna ilə bağlı planı nədir? – ŞƏRH
Şəmsi Bədəlbəyli küçəsində qurulan pandus standartlara uyğun deyil? – AÇIQLAMA
Orta Dəhliz yalnız yük daşımayacaq: Bakı üçün yeni imkanlar
Bu yollarda tıxac var - SİYAHI
Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI
Avropada yollarda sürət limiti dəyişə bilər: Maksimum 100 km/saat…
Azərbaycan haqqında “hökm” əvvəlcədən verilib?
"Azərbaycan əsgəri saxlanılarkən müqavimət göstərməyib" - Paşinyan
Bu yollarda tıxac var - SİYAHI
Dəyişən iş qrafiki tıxacları azalda bilmədi - Yeni TƏKLİF GÜNDƏMDƏ
Saxta iş elanı paylaşanları hansı cəza gözləyir? - HÜQUQŞÜNAS












