Oğuz-Qəbələ-Bakı su xəttindəki qəza aradan qaldırılıb

Oğuz-Qəbələ-Bakı su kəmərinin 228-ci kilometrində baş verən qəzanın aradan qaldırılması işləri yekunlaşıb. Bu barədə Avtosfer.az-a İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib. Məlumata görə, hazırda xəttin su ilə doldurulması prosesinə başlanılıb. Qəza baş vermiş xəttə borunun zədələnmiş hissəsi xüsusi texnika vasitəsilə çıxarılaraq yeni boru ilə əvəzlənib. Su sızmaların qarşısını alınması məqsədilə boruların birləşmə yerlərində möhkəmləndirmə və hidroizolyasiya işləri aparılıb. Kəmər içməli su ilə doldurulduqdan sonra su Bakı şəhəri və Abşeron yarımadasının müvafiq anbarlarına ötürüləcək. Məhz bu prosesin ardından iyunun 20-i axşam saatlarından etibarən abonentlərin əvvəlki rejimlə su ilə təminatı həyata keçiriləcək. Xüsusilə diqqətə çatdıraq ki, iri həcmli magistral su kəmərlərində təmir-bərpa prosesində əsas vaxt aparan mərhələ - magistral kəmərin boşaldılması və yenidən doldurulması mərhələləridir. Hazırda Oğuz-Qəbələ-Bakı su kəməri ilə qidalanan ərazilərin alternativ mənbələr hesabına qrafikdən kənar su ilə təmin olunmasına çalışılır.
Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb











