Ölən əsgərin gündəliyi dəhşətli taktikaları ortaya çıxardı: "Özünüzü öldürün" əmri...

Ukrayna ilə döyüşlərdə öldürülən Şimali koreyalı gənc bir əsgərin son qeydləri, cəbhədəki əsgərlər üçün tətbiq edilən dəhşətli taktikaları ortaya çıxarıb.
Avtosfer.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, Cənubi Koreya kəşfiyyatı Şimali Koreya rəhbərliyinin əsgərlərə Ukrayna ordusu tərəfindən əsir düşməmək üçün özlərini öldürmələri əmri verdiyini iddia edir.
Kursk bölgəsində yaralı əsirlər
Ukrayna ötən həftə Rusiyanın Kursk bölgəsində döyüşən iki Şimali koreyalı əsgəri yaralı vəziyyətdə ələ keçirdiyini açıqlayıb. Ukrayna prezidenti Volodimir Zelenski sosial media hesabında bu əsgərlərin görüntülərini paylaşarkən, beynəlxalq xəbər agentlikləri əsgərlərin üzərində aşkar edilən 2005 və 1999 təvəllüdlü şəxslərə məxsus rus pasportlarının fotolarını yayımlayıb.
"Təlimə getdiyimi düşünürdüm"
Ukrayna Təhlükəsizlik Xidməti yaralı əsgərlərin həyati təhlükəsinin olmadığını və onların Ukrayna, ingilis və ya rus dillərində danışmadığını bildirib. Buna görə də, ifadələr Cənubi Koreyanın kəşfiyyat xidməti ilə əməkdaşlıq əsasında alınıb. Əsgərlərdən biri ifadəsində Ukrayna ilə müharibəyə deyil, Rusiyaya təlim üçün göndərildiyini düşündüyünü bildirib.
Öldürülən əsgərin gündəliyi yayımlandı
Ukrayna Silahlı Qüvvələri cəbhədə həyatını itirən Şimali Koreyalı bir əsgərin qeydlərini yayımlayıb. Adı açıqlanmayan əsgərin gündəliyində Kim Çen Ina olan sevgi, vətəninə qayıtmaq istəyi və cəbhədə istifadə edilən bir döyüş taktikası diqqət çəkib.
"Yem" taktikasının dəhşətli detalları
Gündəliyin bir səhifəsində kobud şəkildə çəkilmiş bir diaqramda, bir əsgərin pilotsuz uçuş aparatını cəlb etmək üçün sığınacaqdan çıxdığı, digər iki əsgərin isə pusuya yataraq dronu vurmaq üçün hazır vəziyyətdə olduğu görünür. "The Wall Street Journal" qəzetinin tərcümə etdiyi yazıda əsgər qeyd edir: "Yem hərəkətsiz qalanda dron dayanacaq və vurulacaq".
Qeydlərin davamında "yem" olaraq istifadə edilən əsgərin pilotsuz uçuş aparatından yeddi metr məsafədə dayanmasının lazım olduğu və bu məsafədən dronun dəqiq atəşlə vurulacağı ətraflı izah edilib. Hərbi müşahidəçilər və ukraynalı komandirlər bildirir ki, Şimali loreyalı əsgərlər müasir döyüş təcrübəsinə malik deyillər və Ruslar tərəfindən "yem" kimi istifadə olunurlar. "Telegraph" qəzetinin məlumatına görə, Rusiya, Ukrayna müdafiəsini sınaqdan keçirmək üçün zirehli texnika və artilleriya dəstəyi olmadan böyük qrupları önə göndərir, ardınca isə xüsusi təyinatlı daha kiçik qruplar döyüş bölgəsinə daxil olur.
"Özünüzü öldürün" əmri
Cənubi Koreya Kəşfiyyat Xidmətinin (NIS) açıqlamasına görə, Şimali Koreya rəhbərliyi əsgərlərə əsir düşməmək üçün intihar etmə əmri verib. Zelenski son bir ay ərzində təxminən 4 min Şimali koreyalı əsgərin öldüyünü və ya yaralandığını iddia edir. ABŞ rəsmiləri isə dekabrın son həftəsində 1,000-dən çox Pxenyan əsgərinin həyatını itirdiyini bildirir. Cənubi Koreyanın məlumatına görə, ən azı 300 Şimali koreyalı əsgər öldürülüb, təxminən 2,700-ü isə yaralanıb.
Cənubi Koreya kəşfiyyatının açıqlamasına görə, Şimali Koreyalı əsgərlər müasir döyüş təcrübəsi və texnologiyası ilə bağlı biliklərə malik deyillər. Onlar yararsız döyüş əməliyyatlarında iştirak edərək həyatlarını itirirlər.
Orta Dəhlizin inkişafı Azərbaycanın tranzit imkanlarını necə dəyişəcək? – AÇIQLAMA
Ölkənin nəqliyyat sistemi növbəti yağışlara necə hazırlaşmalıdır? - AÇIQLAMA
Gürcüstanda avtomobil rüsumları artırılır: Azərbaycan bazarına təsiri necə olacaq? - AÇIQLAMA
Təcili yardımın arxası ilə gedən sürücülərə DİN-dən XƏBƏRDARLIQ - VİDEO
Səkilərdə piyadaların maneəsiz hərəkəti necə təmin edilməlidir? – TƏKLİF
Bu yollarda tıxac var - Sürücülərin NƏZƏRİNƏ!
İlham Əliyev Gürcüstanın baş nazirinin müavinini qəbul edib - FOTO
“Bədr müqaviləsi” ABŞ-ın hərbi sənaye bazarındakı mövqelərini zəiflədə bilər – POLİTOLOQ
Prezident Özbəkistanla iki sənədi təsdiqlədi
Dumanlı havada bu işıqları yandırmaq təhlükəlidir – XƏBƏRDARLIQ
Dağ yollarında avtobuslara məhdudiyyət qoyulmalıdırmı? – EKSPERT AÇIQLADI












