On altı milyard parol internetə düşdü - Rekord məlumat sızması

Bir çox məşhur xidmətlərin istifadəçilərinin 16 milyard loqin və parolu internetə sızıb. Bu, bütün zamanların ən böyük məlumat sızmasıdır.
Avtosfer.az-ın Oxu.az-a istinadən xəbərinə görə, bu barədə "Forbes" nəşri məlumat verib.
Xəbərə görə, "Cybernews"un mütəxəssisləri rekord parol sızmasını aşkar ediblər. 16 milyard istifadəçi hesabına açıq çıxış əldə edilib ki, onların arasında "Apple", "Google", "Facebook", "Telegram", "GitHub" xidmətləri istifadəçilərinin məlumatları, həmçinin müxtəlif VPN xidmətləri, developer portalları və hətta bəzi dövlət xidmətləri var.
Nəşrin yazdığına görə, tədqiqatçılar 30 massiv fərdi məlumat sızması aşkar ediblər ki, bunların da hər birində on milyonlarla hesabdan tutmuş 3.5 milyarda - ümumilikdə 16 milyarda qədər istifadəçi hesabı var.
Kibertəhlükəsizlik ekspertlərinin fikrincə, onların böyük əksəriyyəti əvvəllər dərc olunmayıb, yəni yeni məlumatlardır ki, bu da vacib məqamdır - bu məlumatlar əvvəllər heç yerdə görünməyib.
Bildirilir ki, bu, sadə bir sızma deyil - kütləvi sındırma sxemidir.
"Təkcə təkrar istifadə olunan köhnə sızmaların toplusu deyil - bu, geniş miqyasda təzə, istifadəyə hazır kəşfiyyat məlumatlarıdır", - deyə mütəxəssislər vurğulayıb.
Həmçinin bu sızmaya cavab olaraq istifadəçilərə parolları dəyişdirmələri və iki faktorlu autentifikasiya tətbiq etmələri, parol əvəzinə giriş açarlarına keçmələri məsləhət görülüb.
ABŞ Federal Təhqiqatlar Bürosu isə SMS və ya mesajlarda şübhəli keçidləri açmamağa çağırıb.
Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb












