Onlara vəzifə verildi - FOTO

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin komitələrinin sədrləri seçilib.
Avtosfer.az xəbər verir ki, bu gün keçirilən sessiyada Əjdər Zahid oğlu Əliyev Hüquq siyasəti komitəsinin, Mübariz Rəcəb oğlu Bayramov İqtisadi siyasət komitəsinin, Canməmməd Ramiz oğlu Canməmmədov Humanitar siyasət komitəsinin, Zeynəb Kərim qızı Quliyeva isə Sosial siyasət komitəsinin sədri seçiliblər.
Qeyd edək ki, bu gün keçirilən Ali Məclisin 2026-cı il yaz sessiyasının ilk plenar iclasında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin komitə sədrlərinin, sədr müavinlərinin və üzvlərinin seçilməsi ilə bağlı Ali Məclis sədrinin birinci müavini Bəxtiyar Məmmədov çıxış edərək bildirib ki, komitələrin öz funksiyalarının həyata keçirilməsi istiqamətində təkmilləşdirmə aparılması məqsədilə tərkibin yenidən formalaşdırılması zərurəti yaranıb.
Komitələrin tərkibi ilə bağlı qərar layihəsi oxunduqdan sonra "Naxçıvan Muxtar Respublikası Ali Məclisi komitələrinin sədrlərinin, sədr müavinlərinin və üzvlərinin seçilməsi haqqında" Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Qərarı səsə qoyularaq qəbul edilib.

Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO












