"Ordumuz Zəngəzurda bəzi əraziləri nəzarətə keçirib" - AÇIQLAMA

"Zəngəzurun Qafan rayonu istiqamətində olan bəzi ərazilərin artıq ordumuzun nəzarətinə keçməsi dəqiq məlumatdır. Ora dağlıq bölgə olduğu üçün hazırda konkret sərhəd görünmür, amma ordumuzun nəzarətinə keçən ərazilər tam olaraq Laçın istiqamətindədir".
Bu sözləri Unikal.org-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev 5 erməni terrorçusunun qarşı tərəfə geri qaytarılmasına münasibət bildirərkən deyib.
Ekspert onu da qeyd edib ki, sözügedən hadisə Azərbaycanın Türkiyə ilə Laçında keçirdiyi hərbi təlimlərdən dərhal sonra baş verib:
"Bu da sentyabrın 11-12-nə təsadüf edir. Onu da deyim ki, bu, Azərbaycanın həmin istiqamətdə nəzarətə götürdüyü ikinci ərazidir. Hazırda sərhədlərin delimitasiyası prosesi gedir. Biz də yavaş-yavaş cinayət törədən erməniləri təhvil veririk. Əslində, onların hamısı qayıdacaq. Burda bizə erməni yedirmək lazım deyil. Bir ermənini saxlamaq üçün neçə nəzarətçi qoyulur, ayrı kamera, ayrı yemək və s. hər şey ayrı olmalıdır. Bu da əlavə xərc və problemlər yaradır".
Prezident sosial media hesabında Türkmənistan səfəri ilə bağlı videoçarx paylaşıb - VİDEO
Milli Məclis Avropa Parlamentinin qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib
Bakıda tramvaylar nə vaxt geri qayıdacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
Heyvanlara amansız rəftara görə cəzalar sərtləşdirilir - DEPUTAT
Bakıdakı tıxacın səbəbi fərqli ərazilərdəki hərəkət intensivliyi deyil - DEPUTAT
Hindistanın Ukrayna ilə bağlı planı nədir? – ŞƏRH
Şəmsi Bədəlbəyli küçəsində qurulan pandus standartlara uyğun deyil? – AÇIQLAMA
Orta Dəhliz yalnız yük daşımayacaq: Bakı üçün yeni imkanlar
Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI
Avropada yollarda sürət limiti dəyişə bilər: Maksimum 100 km/saat…












