Orta Dəhliz mövzusu AİİB-in Pekində keçirilən illik toplantısında müzakirə olunacaq

İyunun 24-də Pekində Asiya İnfrastruktur İnvestisiya Bankının (AİİB) Müdirlər Şurasının illik toplantısı başlayıb.
Avtosfer.az "AZƏRTAC"a istinadən xəbər verir ki, tədbirə bankın üzvü olan ölkələrin müvafiq qurumlarının rəhbər şəxsləri, beynəlxalq maliyyə təşkilatlarının nümayəndələri, iş adamları, ekspertlər qatılır. İyunun 27-dək davam edəcək illik toplantının proqramına açılış mərasimi, “Müdirlərin dəyirmi masası”, panel iclasları daxildir.
Tədbirin proqramına daxil edilən mövzular arasında “Orta Dəhlizin kilidini açmaq: vizyonu əlaqəyə çevirmək” də var. Bankın panel iclasa dair məlumatında qeyd olunur ki, Xəzər dənizini Mərkəzi Asiya və Avropa ilə birləşdirən Orta Dəhliz əsas şərq-qərb ticarət arteriyası kimi sürətlə inkişaf edir. Bu sessiya AİİB və onun tərəfdaşlarının, o cümlədən Dünya Bankı Qrupunun onu iqlim baxımından ağıllı, texnologiyaya əsaslanan iqtisadi dəhlizə çevirmək üçün necə işlədiyini araşdıracaq. İclasda Orta Dəhlizin qlobal ticarət mənzərəsində artan rolu, AİİB-nin marşrut boyunca iqlimə davamlı, texnologiyaya əsaslanan infrastrukturun yaradılmasına dəstəyi barədə danışılacaq.
Qeyd edək ki, 2016-cı ilin yanvarında Azərbaycan da daxil olmaqla 57 təsisçi-üzv ölkə tərəfindən yaradılan çoxtərəfli bank 100 milyard ABŞ dolları nizamnamə kapitalı ilə Asiyada enerji, nəqliyyat, şəhərsalma, su təchizatı, logistika, telekommunikasiya, kənd təsərrüfatı, ətraf mühit, iqlim və digər sahələr üzrə infrastruktur layihələrini maliyyələşdirir. Hazırda bankın təsdiqlənmiş üzvlərinin sayı 110-dur. Bank fəaliyyətə başladığı vaxtdan indiyədək müxtəlif ölkələrdə 10-larla layihəyə kredit ayırıb. AİİB 2016-cı ilin dekabrında Trans-Anadolu qaz boru kəməri (TANAP) layihəsinə 600 milyon dollar kredit verib. Bank Azərbaycan hökumətinin pandemiya ilə mübarizəsini dəstəkləmək üçün 100 milyon, Neftçala və Biləsuvarda günəş enerjisi layihəsinin maliyyələşdirilməsinə 170 milyon dollar ayırıb.
Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb












