Ötən il Çağrı Mərkəzi 832 961 müraciəti cavablandırıb - ADSEA

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) 955 Çağrı Mərkəzi vətəndaşların şikayət və müraciətlərinin operativ şəkildə qəbul edilməsi və müvafiq tədbirlərin görülməsi məqsədilə sutka ərzində fasiləsiz fəaliyyət göstərir.
Bu barədə Avtosfer.az-a ADSEA-dan bildirilib.
Məlumata görə, Agentliyin vahid sistemi üzrə fəaliyyət göstərən Çağrı Mərkəzi müraciətləri canlı rejimdə, səsli mesaj və geriyə zəng sifarişi vasitəsilə qəbul edir. Vaxt məhdudiyyəti və ya xətdə gözləmək imkanı olmadıqda vətəndaşlar “səsli mesaj” və ya “geriyə zəng sifarişi” xidmətlərini seçə bilirlər. Gün ərzində həmin vətəndaşlara geriyə zəng edilir. Müraciətlər dinlənilir, sorğu tipli müraciətlər birbaşa cavablandırılır, araşdırma tələb edən məsələlər isə qeydiyyata alınaraq “Müraciət vərəqəsi” tərtib edilir və aidiyyəti üzrə araşdırmaya göndərilir.
Bundan əlavə, digər platformalar (onlayn çat, sosial şəbəkələr, WhatsApp) vasitəsilə daxil olan sorğu tipli müraciətlər də operativ şəkildə cavablandırılır.
2025-ci il ərzində 955 Çağrı Mərkəzi tərəfindən 832 961 müraciət cavablandırılıb. Cavablandırılan zənglərdən 492 993-ü (55%) araşdırmaya ehtiyac olmadan birbaşa cavablandırılıb, 297 538 zəng (33%) əsasında iş əmri yaradılıb, 42 430 müraciət (5%) isə sorğu xarakterli olub.
İş əmri yaradılan 297 538 zəngin 238 870-i həllini tapıb (80%), 58 668-nə (20%) isə müvafiq izahat verilib.
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO












