"Özümü körpüdən atacağam" dedi, meyiti Kürdən tapıldı - TƏFƏRRÜAT

Dəfələrlə özünü Yevlax körpüsündən atacam deyən kişinin meyiti Kür çayından tapılıb.
Hadisə ilə bağlı Unikal.org-a bəzi təfərrüatlar məlum olub. Araşdırma zamanı meyiti tapılan şəxsin 1991 - ci il təvəllüdlü Kəlbəcər rayon sakini Mehdi Nazim oğlu Musayev olduğu məüyyən edilib. Belə ki adıçəkilən şəxs dəfələrlə intihar edəcəyi barədə doğmalarını xəbərdar edib. O, yaxınlarına özümü Yevlax körpüsündən atacağam deyib. Ən son o bu barədə sentyabrın 26- da xəbərdarlıq edib. Həmin vaxtdan 30 yaşlı Mehdidən xəbər olmayıb.
Sentyabrın 30-da ailə övladlarının axtarışı ilə bağlı aidiyyatı qurumlara müraciət edib. Nəhayət günlər sonrası əldə olunan ilkin məlumata əsasən, Göygöl rayonunda məskunlaşan Kəlbəcər rayon sakininin meyiti Kür çayının Yevlax rayonu ərazisindən keçən dayaz bir nöqtədə suyun üzünə çıxıb. Ətrafdakıların köməyi ilə meyit sahilə çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.
Meyit axtarışı elan olunan şəxsin yaşadığı bölgəyə göndərilib.
Faktla bağlı araşdırma aparılır.
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı
Bakının nəqliyyat problemlərini əvvəlcədən hesablamaq mümkün olacaq? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident sosial media hesabında Türkmənistan səfəri ilə bağlı videoçarx paylaşıb - VİDEO
Milli Məclis Avropa Parlamentinin qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib
Bakıda tramvaylar nə vaxt geri qayıdacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
Heyvanlara amansız rəftara görə cəzalar sərtləşdirilir - DEPUTAT
Bakıdakı tıxacın səbəbi fərqli ərazilərdəki hərəkət intensivliyi deyil - DEPUTAT












