Özünü Vətən müharibəsi əlili kimi təqdim edən şəxslərə cinayət işi açıldı

Bəzi kütləvi informasiya vasitələrində paytaxtın Nərimanov rayonu, Dərnəgül 1 ünvanı ilə Z.Bünyadov prospektinin kəsişməsindəki yaşıllıq zolağında 60 ədəd ağacın özlərini “Vətən müharibəsi əlillərinə kömək” ictimai birliyinin əməkdaşları kimi təqdim edən bir qrup şəxs tərəfindən kəsilərək məhv edilməsi ilə bağlı məlumatlar yayılmışdır.
Baş Prokurorluğun Mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, qeyd edilən ərazidə ağacların kəsilməsi ilə əlaqədar Nərimanov rayon polis idarəsinin 17-ci polis şöbəsində vətəndaş müraciətləri əsasında araşdırma aparılmış, toplanmış material Nərimanov rayon prokurorluğu tərəfindən öyrənilməklə fakta görə Cinayət Məcəlləsinin 259.1-ci (meşələrdə və ya xüsusi mühafizə olunan təbiət ərazilərində ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi xeyli miqdarda ziyan vurduqda) maddəsi ilə cinayət işi başlanaraq istintaqın aparılması Rayon polis idarəsinin İstintaq şöbəsinə tapşırılmışdır.
Hazırda iş üzrə istintaq davam edir.
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı
Bakının nəqliyyat problemlərini əvvəlcədən hesablamaq mümkün olacaq? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident sosial media hesabında Türkmənistan səfəri ilə bağlı videoçarx paylaşıb - VİDEO
Milli Məclis Avropa Parlamentinin qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib
Bakıda tramvaylar nə vaxt geri qayıdacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
Heyvanlara amansız rəftara görə cəzalar sərtləşdirilir - DEPUTAT
Bakıdakı tıxacın səbəbi fərqli ərazilərdəki hərəkət intensivliyi deyil - DEPUTAT












