Paytaxtın tıxac problemi necə həll olunacaq? – UNİKAL TƏKLİF

Paytaxt Bakı son illər sürətlə artan avtomobil sayı və intensiv şəhər hərəkəti səbəbindən ciddi nəqliyyat sıxlığı ilə üz-üzə qalıb. Xüsusilə pik saatlarda yaranan uzun tıxaclar həm sürücülərin vaxt itkisinə, həm də ictimai nəqliyyatın hərəkət qrafikinin pozulmasına səbəb olur. Şəhərdə mobilliyin artırılması və sərnişin daşınmasının daha səmərəli təşkili üçün müxtəlif alternativlər müzakirə edilir. Dünyanın bir sıra iri şəhərlərində tətbiq olunan ikimərtəbəli avtobusların Bakıda da geniş istifadəyə verilməsi ideyası isə yenidən gündəmə gəlib.
Bəs ikimərtəbəli avtobuslar paytaxtda tıxac probleminin həllinə real töhfə verə bilərmi?
Avtosfer.az-ın məlumatına görə, mövzu ilə bağlı “Konkret.az”a açıqlama verən nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, iki mərtəbəli avtobuslar hazırda Bakıda artıq mövcuddur, lakin onlar əsasən turistik məqsədlərlə istifadə olunur.
“Gələcəkdə şəhərdə sərnişin axını daha da artarsa və iqtisadi baxımdan rentabelli hesab edilərsə, belə avtobusların müəyyən marşrut xətlərinə buraxılması mümkündür.
İkimərtəbəli avtobuslar eyni sayda nəqliyyat vasitəsi ilə daha çox sərnişin daşımaq imkanı yaradır və bu da bəzi istiqamətlərdə sıxlığın azalmasına müsbət təsir göstərə bilər. Bununla yanaşı, marşrut seçimi, yol infrastrukturu və dayanacaqların uyğunluğu kimi amillər də əvvəlcədən qiymətləndirilməlidir”.
Mütəxəssis hesab edir ki, paytaxtda nəqliyyat probleminin həlli üçün yalnız yeni nəqliyyat vasitələrinin gətirilməsi deyil, həm də ümumi nəqliyyat planlaşdırmasının təkmilləşdirilməsi vacibdir.
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI












