Pensiya artımları bu tarixdən ödəniləcək - Komitə üzvü açıqladı

"2026-cı ilin yanvar ayında pensiya alan vətəndaşların bütün pensiya artımları bu aydan hesablanıb. Lakin pensiyaların həm indeksləşdirilməsi, həm də artımlarının hesablanması Dövlət Statistika Komitəsi tərəfindən 2025-ci ilin orta aylıq əmək haqqı artım faizinin elan olunmasından sonra mümkün olacaq".
Avtosfer.az xəbər verir ki, bu sözləri “Baku.ws”ə açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Vüqar Bayramov bildirib.
Deputat əlavə edib ki, "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiyalar əvvəlki ilin orta aylıq əmək haqqı artım faizi üzrə indeksləşdirilir və artırılır:
"Bu baxımdan, 2025-ci ilin ilk 11 ayının yekunlarına əsasən, orta aylıq əmək haqqı 9,3% artıb. Gözlənti ondan ibarətdir ki, ilin yekununda 9,2% orta aylıq əmək haqqı artımı qeydə alınacaq. Pensiyalar da həmin faiz üzrə indeksləşdiriləcək. Dövlət Statistika Komitəsi rəqəmləri elan etdikdən sonra, cənab Prezident tərəfindən pensiyaların indeksləşdirilməsi ilə bağlı sənəd imzalanır və beləliklə, pensiyalar və pensiya kapitalı artırılır. Yanvar ayında pensiyasını ala bilməyən vətəndaşlarımız üçün artımlar fevral ayının pensiyası ilə birlikdə ödəniləcək. Məsələn, pensiya məbləği 500 manat olan vətəndaşın pensiyasına 9,2% artım tətbiq olunduqda, artım 46 manat təşkil edəcək. Beləliklə, fevral ayında həmin vətəndaş 546 manat pensiya alacaq. Mart ayından etibarən isə pensiya 546 manat məbləğində ödənilməyə davam edəcək. Qeyd edirik ki, yanvar ayının artımlarının fevral ayında ödənilməsi, artımların yanvar ayına şamil olunmaması demək deyil. Artımlar yanvar ayından etibarən hesablanıb və yalnız ödənişi fevral ayında həyata keçirilir".
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO












