Pensiya ilə bağlı YENİLİK - VİDEO

Azərbaycanda özəl pensiya fondlarının yaradılması gözlənilir.
Avtosfer.az xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov açıqlamasında bildirib ki, hazırda bununla bağlı qanun layihəsinin hazırlanması prosesi gedir.
Bu fondların yaradılması üçün 20-dən çox normativ hüquqi akt layihəsi hazırlanır.
Onun sözlərinə görə, vətəndaşlar pensiya kapitalının bir hissəsini özəl pensiya fondlarına yönəltmək imkanı əldə edəcəklər. Belə ki, vətəndaş 50-55 yaşlarında topladığı pensiya kapitalının bir hissəsini birbaşa götürərək biznes qurmaq, təsərrüfat yaratmaq, ev almaq və ya digər məqsədlər üçün istifadə edə biləcək. Pensiya kapitalının Dövlət Sosial Müdafiə Fondu (DSMF) hesabında qalan hissəsindən isə təqaüd almaqda davam edəcək.
Bildirilib ki, birbaşa götürülə biləcək pensiya ödənişi ümumi məbləğin təxminən 50-70 faizi civarında ola bilər. Bununla belə, vətəndaşların bu sistemə qoşula biləcəyi yaş, eləcə də birbaşa ödəniləcək pensiya məbləği və digər mexanizmlər hələ də müzakirə mərhələsindədir.
Deputat qeyd edib ki, bir çox ölkələrdə pensiya yaşı tamam olmadan da özəl pensiya fondlarında toplanmış vəsaitlərin bir hissəsini əvvəlcədən əldə etmək mümkündür.
Daha ətraflı videoda:
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI












