Plastik su butulkalarından istifadə qadağan olunur

Gürcüstan hökumətinin qərarı ilə dövlət satınalma təşkilatlarına plastik stəkanlarla yanaşı, plastik su butulkalarının sifariş verilməsi də qadağan ediləcək. Avtosfer.az "AZƏRTAC"a istinadən xəbər verir ki, bu barədə Gürcüstan Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb. Bildirilir ki, plastik istehlakının azaldılması məqsədilə 2026-cı il aprelin 1-dən yeni tənzimləmə qüvvəyə minəcək. Həmin tarixdən başlayaraq dövlət satınalmalarını həyata keçirən təşkilatlara plastik stəkanların, konteynerlərin və 3 litrədək plastik butulkalarda olan içkilərin alınması qadağan ediləcək. Qadağa müdafiə qüvvələrinin və hərbi qulluqçuların ehtiyacları üçün həyata keçirilən dövlət satınalmalarına şamil olunmayacaq. Nazirlik bildirir ki, yeni tənzimləmələr ətraf mühitin plastiklə çirklənməsinin qarşısının alınması və təbii ekosistemlərə təzyiqin azaldılması məqsədi daşıyır. Bu çərçivədə nazirliyin təşəbbüsü ilə Gürcüstan hökumətinin müvafiq sərəncam layihəsi hazırlanıb.
Məlumatda həmçinin qeyd olunur ki, yanvarın 1-dən etibarən qida ilə təmas üçün nəzərdə tutulan bəzi plastik məmulatların satışına artıq qadağa qoyulub. Yeni qərar bu tədbirlərin davamı kimi qiymətləndirilir.
Prezident İlham Əliyev televiziya və radio işçilərini təbrik edib
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA












