Polis əməkdaşı qəza törətdi:1 nəfər öldü

İmişli rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. İmişli rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə ötən gün saat 19.00 radələrində Hacıqabul-Horadiz avtomobil yolunun 92-ci kilometrliyində, Gövhərli kəndi ərazisində qeydə alınıb. İmişli rayon mühafizə bölməsində polis nəfəri işləyən Beyləqan rayon sakini Pərviz Qulu oğlu Orucov idarə etdiyi “Mercedes” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və avtomobil aşaraq yoldan çıxıb. Qəza zamanı sərnişinlərdən biri İmişli rayon mühafizə bölməsində polis nəfəri işləyən İmişli rayon Qızılkənd sakini, 1987-ci il təvəllüdlü Cövdət Hamlet oğlu Hacıyev hadisə yerində dünyasını dəyişib. Sürücü və digər sərnişinlər İmişli rayon sakinləri – 1983-cü il təvəllüdlü Elnur Valeh oğlu Mustafayev, Ramin Nəhmədov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO












