Polis Mingəçevirdə əməliyyat keçirib, silah və narkotik aşkarlanıb

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı bir neçə uğurlu əməliyyat tədbiri həyata keçiriblər.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında keçirilmiş tədbirlər nəticəsində Mingəçevir şəhər sakini Orxan Verdiyev polislər tərəfindən saxlanılıb. Şəxsi axtarış zamanı onun üzərindən “Naqan”markalı tapança, həmin silaha məxsus 6 ədəd patron və narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən digər əməliyyat tədbiri nəticəsində isə şəhər sakini, əvvəllər məhkum olunmuş Zakir Qarayev saxlanılıb. Onun Mingəçevir şəhəri, Şəfa bağ massivində yerləşən yaşadığı evə baxış keçirilən zaman oradan lüləsi və qundağı kəsilmiş tüfəng aşkar olunaraq götürülüb.
Faktlarla bağlı Mingəçevir Şəhər Polis Şöbəsində cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO












