“Polis orqanlarında saxlanılan şəxslərin əsas təminatları – beynəlxalq standartlar” mövzusunda təlim keçirilib - FOTO

İnsan hüquqları üzrə müvəkkilin (ombudsmanın) təşkilatçılığı ilə Daxili İşlər Nazirliyinin Polis Akademiyasında ölkəmizdə elan edilmiş “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Polis orqanlarında saxlanılan şəxslərin əsas təminatları - beynəlxalq standartlar” mövzusunda təlim təşkil olunub.
Avtosfer.az xəbər verir ki, tədbirdə çıxış edən insan hüquqları üzrə müvəkkil (ombudsman) Səbinə Əliyeva və Daxili İşlər Nazirliyinin Polis Akademiyası rəisinin birinci müavini Vüqar Mansurov təlimin işinə uğurlar arzulayıblar.
Müvəkkil çıxışı zamanı Ombudsman Aparatı ilə Daxili İşlər Nazirliyi arasında səmərəli əməkdaşlıq münasibətlərinin mövcud olduğunu, insan hüquqlarının müdafiəsi istiqamətində hər iki qurumun qarşılıqlı əməkdaşlıq və vətəndaş məmnunluğunun təmin olunması prinsipləri əsasında fəaliyyət göstərdiyini bildirib.
Ombudsman saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərə, o cümlədən Daxili İşlər Nazirliyinin müəssisələrinə Milli Preventiv Mexanizm mandatı çərçivəsində başçəkmələrin keçirildiyini, ötən il nazirliyin müəssisələrinə 90 başçəkmə reallaşdığını qeyd edib.
Saxlanılan şəxslərin hüquq və azadlıqlarının qorunması, müvafiq qanunvericiliyin təkmilləşdirilməsi sahəsində həyata keçirilən maarifləndirmə işinin vacibliyini vurğulayan ombudsman təşkil edilən təlimin müvafiq mövzu üzrə hüquq mədəniyyətinin artırılması baxımından əhəmiyyətli olduğunu diqqətə çatdırıb.
Sonra tədbirdə Ombudsman Aparatının nümayəndələri Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində həyata keçirilən başçəkmələr, beynəlxalq standartlar və mexanizmlər, hüquqi yardım, polis nəzarətində saxlanılan şəxslərin əsas hüquqları və digər aidiyyəti sahələr üzrə görülən işlər barədə geniş məlumat verib, təqdimatlar ediblər.
Yekunda mövzu üzrə ətraflı fikir mübadiləsi aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.












Prezident İlham Əliyev televiziya və radio işçilərini təbrik edib
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA












