Polis Tərtərdə 300 şagirdin iştirakı ilə görüş keçirib - FOTO

Tərtər rayonunda yerləşən Mədəniyyət Evində rayonun 45 məktəbində təhsil alan 300 şagirdin iştirakı ilə görüş keçirilib.
Tədbirdə Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları, Polis Akademiyasının müəllimləri, ictimaiyyət nümayəndələri və digər şəxslər iştirak ediblər.
Çıxış edən RPŞ-nin rəisi, polis polkovniki Elçin Qasımov və digərləri gənclərin vətənpərvərlik ruhunda və sağlam böyümələrinin, müasir informasiya texnologiyaları haqqında bacarıqlara yiyələnməyin əhəmiyyətini qeyd ediblər. Gənclərimizə yaxşı təhsil almağın vacibliyi diqqətə çatdırılıb, dərslərində uğurlar arzulayıblar. Daha sonra Polis Akademiyasının tarixi, daxili işlər orqanlarında xidmətin şərəflilyi, şagirdlərin DİN sistemində təhsilə təşviq edilməsi, sağlam həyat tərzinin təbliği mövzusunda bəhs olunub.
Sonda məktəblilərə Polis Akademiyasındakı tədris prosesinə həsr olunmuş videoçarx göstərilib və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb



















