Polis və hərbçilərin maaşı 10 faiz artacaq

Gürcüstan hökuməti 2026-cı ilin dövlət büdcəsində polis və hərbçilərin maaşını 10% artırır. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, ölkə parlamentinin Müdafiə və Təhlükəsizlik Komitəsi sözügedən artımın nəzərdə tutulduğu 2026-cı il dövlət büdcəsi layihəsini dəstəkləyib.
Belə ki, gələn il Müdafiə və Daxili İşlər nazirlikləri, eləcə də Dövlət Təhlükəsizlik Xidməti üçün 3,5 milyard laridən çox vəsait ayrılacaq.
Bu, polis və hərbçi maaşlarının 10% artmasına imkan verəcək.
Büdcəyə əsasən Müdafiə Nazirliyi – 1,8 milyard lari, Daxili İşlər Nazirliyi – 1,47 milyard lari, Dövlət Təhlükəsizlik Xidməti – 265 milyon lari nəzərdə tutulub.
Komitə sədri Aleksandre Tabatadze hökumətin bu addımını alqışlayıb və təhlükəsizlik sektorunda çalışanların peşəkarlığını qeyd edib. Eyni zamanda, Dövlət Təhlükəsizlik Xidmətinin maddi-texniki bazasının yenilənməsi üçün əlavə vəsait ayrılması tövsiyə olunub.
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI












