Polisdən əməliyyat: “Kalaşnikov” avtomatı aşkarlandı - FOTO - VİDEO

Abşeron Rayon Polis İdarəsinin Qobu Polis Bölməsinin əməkdaşları tərəfindən Hökməli qəsəbəsində həyata keçirdikləri tədbir nəticəsində yaşadığı evdə qanunsuz olaraq odlu silah-sursat gizlədən şəxs saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, bölməyə əvvəllər məhkum olunmuş Mais İsmayılovda silah olması barədə əməliyyat məlumatı daxil olub.
Həmin şəxs qısa zamanda saxlanılıb və onun evinə baxış zamanı bir ədəd “Kalaşnikov” markalı avtomat, 30 ədəd patron və daraq aşkar edilərək götürülüb. Mais İsmayılov odlu silah-sursatı iki ay əvvəl tapdığını, polisə təhvil verməyərək satmaq məqsədi ilə evində gizlətdiyini bildirib.
Qobu Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri növbəti əməliyyat zamanı narkotik vasitələrin satışı ilə məşğul olan daha bir nəfər saxlanılıb. Əməliyyat zamanı Qobu qəsəbəsi sakini Elvin Hacıəliyev tutularaq istintaqa təqdim edilib. Onun üzərində şəxsi axtarış aparılan zaman 85 qram heroin və 20 qram metamfetamin aşkar edilərək götürülüb.
Həmin şəxs ifadəsində heroini sosial şəbəkələr vasitəsi ilə tanış olduğu xarici ölkə vətəndaşından əldə etdiyini bildirib. O, Qobu və ətraf qəsəbələrdə narkotik vasitələrin satışı ilə məşğul olduğunu etiraf edib.
Hər iki faktla bağlı Qobu Polis Bölməsində toplanan materiallar Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Saxlanılan şəxslərin ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevlə idmançı Əhməd Yusifovun səmimi söhbəti - VİDEO
Dərsdən çoxunu öyrədənlərin günü – 5 Oktyabr – FOTOSESSİYA
Azərbaycanda yerli yolların xəritəsi dəyişə bilər – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…












