"Bu səhvimə görə prezident İlham Əliyevdən üzr istəyirəm" - Polisi döyən deputat sukutu pozdu

Sosial şəbəkələrdə haqqımda gedən fikir və açıqlamalardan məlumatlıyam. Jurnalist marağının peşə fəaliyyəti ilə bağlı olduğunu anlayışla qarşılayıram. Bunu da bilirəm ki, insaniyyətlik və həssaslıq göstərib şəxsimlə maraqlananlar da var.
Avtosfer.az xəbər verir ki, bunu millət vəkili Eldəniz Səlimov qeyd edib.
O əlavə edib ki, təkcə ona görə susmayıb ki, deməyə sözü yoxdur: "Sadəcə, hörmətli həmkarlarımı və məsələyə həssas yanaşan şəxsləri çıxılmaz vəziyyətdə qoymamaq üçün aparılan araşdırmaların gedişatına mane olmamaq və açıqlamalarımın təsir, təzyiq kimi qarşılanmaması üçün bu neçə gündə susdum. Etdiyim hərəkətin yanlış olduğunun fərqində olmam da susmağımın səbəblərindən biridir. Bu səhvimə görə ilk növbədə möhtərəm Prezident cənab İlham Əliyevdən, mənə etimad göstərmiş YAP təmsilçilərindən, hörmətli həmkarlarımdan, seçicilərimdən və bütövlükdə xalqımızdan üzr istəyirəm. Üstündə dayanmayacağam, lakin deməliyəm ki, bu səhvə gətirib çıxaran çoxlu səbəblər, təhdid və təzyiqlər də olub. İnanmaq istəyirəm ki, istintaq onları da obyektiv araşdıracaq, əməlimlə yanaşı, ona gətirib çıxaran səbəb və səbəbkarlara da obyektiv qiymətini verəcək".
11 aylıq sınağın ilk iki həftəsi: Onlayn iş və dərs TƏKLİFİ - FOTO
Metroda sıxlıq zamanı hansı tədbirlər görüləcək? - Sentyabr ayından...
Azərbaycanlıların da olduğu gəmiyə dron hücumu - VİDEO
Sumqayıtın mərkəzi küçəsində vəziyyət; yolda çuxurlar var, amma xətləmə işi görülüb - FOTO
Akkumulyatoru tədricən dağıdan avqust istisi
Moskva səfirliyimiz qarşısındakı təxribata niyə göz yumuldu? – Politoloq AÇIQLADI
Bakıda “klyokların rəqsi” - VİDEO
Qarpızı barmaqla deşmək trendə çevrildi – “Güc nümayişi”, yoxsa nemət israfı? – VİDEO
"Təcili beh tələsinə düşməyin!" - DİN-dən tələbələrə ÇAĞIRIŞ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ!
Sumqayıtın ən təhlükəli yolu – Bu küçədə sürət limitinə əməl edilmir - VİDEO










