Prezident fərmanı: Zaur Əliyevin aqibəti necə olacaq?

Prezident İlham Əliyev bu gün mühüm fərmanlar imzalayıb.
Avtosfer.az-ın "Teleqraf"a isitinadən məlumatına görə, onlardan biri də İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə bağlıdır.
Fərmana əsasən, sözügedən agentliyin əhalinin icbari tibbi sığortası sahəsində səlahiyyətləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilib.
Bundan başqa, İTSDA-nın sığortaolunanların dərman və tibb vasitələri ilə təmin edilməsi ilə bağlı hüquq və öhdəlikləri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) keçib.
Eyni zamanda isə Fərmanla İTSDA və ƏƏSMN-nin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsin birləşmə formasında yenidən təşkili yolu ilə nazirliyin tabeliyində Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi (DTSEA) publik hüquqi şəxs yaradılıb.
Belə olan halda bu fərmana qədər İcbar İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri olan Zaur Əliyevin bundan sonrakı aqibətinin necə olacağı sual altına düşüb.
2017-ci ildən sözügedən vəzifədə çalışan 45 yaşlı Zaur Əliyev eyni zamanda TƏBİB-in Müşahidə Şurasının sədridir.
TƏBİB-in sabiq sədri Vüqar Qurbanov isə ötən günlərdə vəzifəsindən uzaqlaşdırılıb.
Görünən odur ki, məmurlar onlara tapşırılan mühüm sahə üzrə göstərilən etimadları doğrultmayıb.
Qeyd edək ki, yeni yaradılan Agentlik ölkədə icbari tibbi sığortanın tətbiqi, xidmətlər zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitin icbari tibbi sığorta fondunda cəmləşdirilməsi və həmin vəsaitin idarə olunması, icbari tibbi sığorta üzrə dövlət adından tibbi xidmətlərin mərkəzləşdirilmiş alıcısı və xərclərin ödənilməsi funksiyalarını həyata keçirir, habelə əlilliyin müəyyən edilməsi və müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların yekun tibbi müayinəsi sahələrində fəaliyyət göstərəcək.
Fərmanla Agentlik İTSDA-nın hüquqi varisidir, onların hüquq və öhdəlikləri, habelə əmlakı bu quruma keçib. Agentliyin fəaliyyətinə isə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün 5 üzvdən – sədr və onun 4 müavinindən ibarət İdarə Heyəti yaradılacaq.
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI











