“Qanunsuz tikilərlə bağlı ciddi nəzarət tədbirləri görülməlidir” - Memar qurumları TƏNQİD ETDİ - VİDEO

Nərimanov rayonunda 4 mərtəbəli binanın balkonu çöküb. Hadisə bu gün səhər saatlarında baş verib.
Avtosfer.az xəbər verir ki, rayonun Akademik Həsən Əliyev küçəsində yerləşən binanın balkonu çökərək aşağıdakı restorana düşüb.
İddialara görə, hadisə zamanı restoranda olan vətəndaşlar təhlükəni hiss edərək vaxtında çölə çıxıblar. Qeyd edək ki, olayın baş verdiyi ərazidə hazırda təmir işləri aparılır.

Məsələ ilə bağlı memar Cahid Həsənov saytımıza açıqlamasında bildirib ki, mövcud vəziyyət, eyvanın uçması texniki standartlara cavab verməyən, icazəsiz və nəzarətdən kənarda quraşdırılmış bir eyvanın nəticəsidir:
“Bu cür eyvanlar adətən peşəkar layihə və icazə olmadan, sadəcə bir ustanın hörgü işi ilə tikilir. Nəticədə, yeraltı təkanlar, binanın təbii titrəyişləri və ya küçədən keçən nəqliyyat vasitələrinin vibrasiyası zamanı belə eyvanların tədricən tökülməsi ehtimalı yaranır. Burada həm təməl və təchizat işlərinin düzgün aparılmaması, həm də hörgü keyfiyyətinin zəifliyi əsas rol oynayır”.
Memar qeyd edib ki, eyvanın alt hissəsində dayaq və sütunların olub-olmaması da mühüm amillərdəndir:
“Bu səbəbdən belə eyvanlar həm binanın dayanıqlığı, həm də təhlükəsizlik baxımından ciddi fəsadlara yol aça bilər. Xüsusilə də piyadaların hərəkət etdiyi səkilər və gediş-gəliş çox olan ərazilərdə bu cür çıxıntıların, əlavə tikililərin və ağır materiallardan ibarət konstruksiyaların icazəsiz şəkildə artırılması böyük təhlükə yaradır. Belə hallara hələ də tez-tez rast gəlinir və bu kimi qanunsuz tikililərə ciddi nəzarət olunmalıdır”.
Fidan
Radikallar seçilsələr, lazımi addımlar atılacaq - İlham Əliyevdən sərt xəbərdarlıq
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Bakı-Masallı yolunda kilometrlərlə uzanan TIXAC YARANDI - VİDEO
Bu gün Azərbaycan ərazisində hər qarış torpaq xalqımıza məxsusdur - Prezident - VİDEO
DİN əməkdaşları Heydər Əliyevin xatirəsini yad etdilər - FOTO - VİDEO
SOMDA-da Ümummilli Lider Heydər Əliyevin 103-cü ildönümü münasibətilə tədbir təşkil olunub - FOTOLAR
Yollarda görünüş məsafəsi məhdudlaşacaq - 500-1000 metrədək
Mehriban Əliyeva Zəngilanda çay kənarından paylaşım etdi - FOTOLAR
Özünü pis hiss edən şəhid atasına Prezidentdən xüsusi diqqət - VİDEO
Prezidentin sosial şəbəkə hesablarında Cəbrayıla səfərlə bağlı paylaşım edilib - VİDEO
Laləlikdə maşın sürmüşdülər, polis saxladı - FOTO - VİDEO








