Qarabağ Dirçəliş Fondu aparıcı biznes qurumları ilə görüş keçirib - FOTO

7 oktyabr 2021-ci il tarixində Qarabağ Dirçəliş Fondunun iri sahibkarlıq subyektlərinin rəhbərləri ilə görüşü keçirilib.
Fondun mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, ölkədə fəaliyyət aparan biznes qurumlarının iştirakı ilə keçirilən tədbirdə iqtisadiyyat naziri, Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının sədri Mikayıl Cabbarov, ekologiya və təbii sərvətlər naziri, Müşahidə Şurasının üzvü Muxtar Babayev, Fondun İdarə Heyətinin sədri Rəhman Hacıyev çıxış ediblər.
Vurğulanıb ki, Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu işğal olunmuş ərazilərimizin azad edilməsi kimi mühüm missiyanı böyük Zəfərlə başa çatdırıb. Qeyd edilib ki, Vətən Müharibəsindən sonra yeni çağırışlar yaranıb, işğaldan azad edilmiş ərazilərimizin bərpası və dirçəldilməsi mühüm vəzifə kimi qarşıya qoyulub.
Görüşdə Fondun yaranma məqsədi, fəaliyyət istiqamətləri barədə iştirakçılara ətraflı məlumat verilib. Qarabağın bərpası istiqamətində görüləcək işlərə dəstək göstərilməsi, cəmiyyətdə ianə mədəniyyətinin geniş təbliği kimi məsələlərin əhəmiyyətindən bəhs olunub.
Tədbir iştirakçıları ilə işğaldan azad edilən ərazilərin bərpası istiqamətində görüləcək işlər, o cümlədən Qarabağ Dirçəliş Fondunun bu sahədə fəaliyyəti barədə geniş müzakirələr aparılıb.
Müzakirələrdə biznes qurumları ilə əməkdaşlığın genişləndirilməsi, dövlət-özəl sektor tərəfdaşlığının inkişaf etdirilməsi, cəmiyyətin həmrəylik göstərərək işğaldan azad edilən ərazilərin bərpası istiqamətində görülən işlərə cəlb olunmasının vacibliyi vurğulanıb.
Bu məqsədlə, donor olmayan tədbir iştirakçıları ianə edərək Qarabağda aparılan bərpa və yenidənqurma işlərinə töhfə verməyə dəvət olunub.
Tədbirdə dağıdılmış binaları, yerlə-yeksan olunan tarixi abidələri əks etdirən “Qarabağda Urbisid” filmi nümayiş olunub.
Tədbirdə işğaldan azad olunmuş ərazilərimizdə görülən işlərə dəstək olmaq məqsədilə Qarabağ Dirçəliş Fonduna ianə edən donorlara – Caspian Drilling Company, BOS Shelf, Cinema Plus, Zeytun Pharmaceuticals, AS Group Investment, Bakcell, Norm, Paşa Holdinq, Stevedoring, Paşa Sığorta, Paşa Həyat Sığorta, Embawood, Modenis, ANC Group, Bakelektro, Baku Cable Goknur, Grandmart, Azgranata, North West Construction, Tabaterra şirkətlərinə “İanə Sertifikatı” təqdim olunub.
Görüşdə donor şirkətlərlə yanaşı, digər aparıcı biznes qurumlarının- Azərsun Holdinq, Veysəloğlu Şirkətlər Qrupu, ISR Holdinq, Tekfen Construction, Evrascon, Cahan Holdinq, ARASH Medical Company, Avromed, Azvirt, Avrora, Azərbaycan Sənaye Korporasiyası, Aspi-Agro, OMG international, Kontakt Home, Optimal Elektronika, Best Comp, Nobel Oil Services şirkətlərinin rəhbərləri də iştirak ediblər.
Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə yaradılan Qarabağ Dirçəliş Fondu işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması, dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyinin göstərilməsini və sərmayələrin cəlb edilməsini, bu sahədə dövlət-özəl tərəfdaşlığının inkişaf etdirilməsini, habelə ölkə daxilində və xaricində zəruri təşviqat işlərini həyata keçirən publik hüquqi şəxsdir.




Avtomobili yolda xarab olan sürücülər mütləq bunu etməlidir, yoxsa... — AÇIQLAMA
Bələdiyyənin yolu bütövlükdə asfaltlamaq əvəzinə yamaq vurması GÜNDƏM OLDU - FOTOSESSİYA
Qızı faciəli şəkildə ölən tanınmış vəkil danışdı: "Nasaz maşını niyə sürürsən axı?!" - VİDEO
Qonşu ölkədə təkər idxalı ilə bağlı yeni mərhələ başladı – RƏSMİ
Zəhranın öldüyü qəzada adı hallanan sürücünü hansı CƏZA gözləyir?
Bakıda torpaqların bahalaşması mənzil qiymətlərinə təsir edəcək? - AÇIQLAMA
Su mənbələrindən istifadəyə görə ödənişlər ölkəyə necə təsir edəcək? - AÇIQLAMA
Anbarda gizlədilən 4 milyon manatlıq avtomobil hissələri ələ keçirildi – FOTO
Belə müdaxilələr binanın görünüşünə zərər verir - Memardan XƏBƏRDARLIQ - FOTO
Nabran yolu nə vaxt açılacaq? - FOTO
Rusiya hökuməti aşağı keyfiyyətli yanacaq istehsalına icazə verdi – BİZƏ TƏSİRİ










